Bu gündən başlayaraq sabah saat 22:00-a qədər Bakının Binəqədi rayonunun "Baksol" yolunda nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.
Oxu24.com xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.
Məlumata görə, buna səbəb aparılacaq təmir işləridir.
Agentlik sürücülərdən öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələrini xahiş edib.
Oxu24.com
ŞƏRHLƏR