Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
75238
az

Ərdoğan Azərbaycana gəlir

09:3220 Oktyabr, 2022
435
SİYASƏT
  • A

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevin dəvəti ilə bu gün Azərbaycana birgünlük səfər edəcək.

R.Ə.Ərdoğan İlham Əliyevlə birlikdə işğaldan azad edilmiş Azərbaycan ərazisində Türkiyə şirkətlərinin də iştirakı ilə inşa edilən ikinci aeroportun - Zəngilan Beynəlxalq Hava Limanının açılış mərasimində iştirak edəcək və həmçinin regionun inkişafı üçün həyata keçirilən yeni layihələrin təməlini qoyacaq.

Səfər zamanı keçiriləcək ikitərəfli görüşlərdə Türkiyə ilə Azərbaycan arasında münasibətlərin bütün aspektləri ilə nəzərdən keçiriləcəyi və əməkdaşlığın daha da inkişaf etdirilməsi istiqamətində atılacaq addımların müzakirə olunacağı gözlənilir.

İkitərəfli münasibətlərlə yanaşı, aktual regional və qlobal problemlərin ətrafında fikir mübadiləsinin aparılması nəzərdə tutulur.

Mənbə: TRT Haber

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Kamran Əliyev xorvatiyalı həmkarı ilə Anlaşma Memorandumu imzaladı - FOTO
Prezident onu vəzifəyə təyin etdi
Prezident onu Rusiyaya səfir təyin etdi

“WhatsApp”da yeni funksiya aktivləşir

18+

Şikayətə gedən qadın polis bölməsində zorlanıb
Zirəddindən sensassion açıqlama:"Rasim suda deyil,öldürülüb..."
Milli Qəhrəmanın adını daşıyan məktəb qəzalı vəziyyətdədir - FOTO
Əl-ayaqda şişkinlik ürəkdən, yoxsa böyrəkdəndir?
8700 manatlıq iribuynuzlu heyvan oğurlayan şəxs saxlanıldı