Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
119234
az

Nəhəng qoçlar yaratmağa çalışan həvəskar genetik həbs edildi

21:3901 Oktyabr, 2024
51
DÜNYA
  • A

ABŞ Ədliyyə Nazirliyi 81 yaşlı Artur Şubarta 6 ay həbs cəzası kəsdiyini açıqlayıb.

OXU24.COM  xəbər verir ki, amerikalı genetikin Qırğızıstandan ölkəyə qeyri-qanuni vəhşi qoyun DNT materialı gətirdiyinə görə cinayət məsuliyyətinə cəlb edilib. Bu barədə OXU24.COM  "Agence France-Presse" (AFP) xəbər agentliyinə istinadən xəbər verir.

Məlum olub ki, Şubart sonradan klonlaşdırılmış embrionlar yaratmaq üçün dünyanın ən böyük qoyun növlərinin - arqarları qeyri-qanuni olaraq Mərkəzi Asiya respublikasından idxal edib. Əldə edilən embrionlar daha sonra kişinin Montanadakı fermasında ev qoyunlarına implantasiya edilib. Nəticədə Marko Polo adlı arqar dünyaya gəlib.

Şubart nəhəng qoçların yeni hibridlərini yetişdirmək məqsədiylə müxtəlif növ qoyunları mayalamaq üçün onun spermasından istifadə edib. Təqaüdçü heyvanları kubok ovu təşkil edən təsərrüfatlara satmağı planlaşdırırdı.

“Şubartın tamahkarlığı onu dünyanın ən böyük qoyunlarının hissələrini Qırğızıstandan Montanaya gətirməyə vadar edib. Hibrid heyvanların yaradılması üçün bu cür hərəkətlər qeyri-təbii olduğu qədər də qeyri-qanunidir”, - prokuror Cessi Lasloviç bildirib.

Həbsdən əlavə, Şubartı 20.000 dollar cərimələnib, həmçinin Milli Balıq və Vəhşi Təbiət Fonduna daha 4.000 dollar ödəməyə məhkum edilib.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Odessa limanı raketlə vuruldu - 6 ölü, 9 yaralı var
Eyfel qülləsinin taleyi sual altında: Fransa rəsmiləri fikir ayrılığına düşüb
Tokayev Bakı və İrəvanın başlatdığı sülh prosesi ilə bağlı NƏ DEYİB?

Restoranda başına iş gəldi

18+

Bakıda tükürpədici hadisə: Arvadını xəyanət üstündə tutdu - VİDEO
Bakıda marketdə baş vermiş qətlin dəhşətli VİDEOSU YAYILDI
"Kontakt Home" müştərilərini aldadır?
Əl-ayaqda şişkinlik ürəkdən, yoxsa böyrəkdəndir?
Əməkdar mədəniyyət işçisi məhkəməyəgəlməkdən yayınır