Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
74647
az

SON DƏQİQƏ! Rusiya ağır itki verdi: Bir gündə...

12:4804 Oktyabr, 2022
620
SON DƏQİQƏ
  • A

Ukrayna Ordusu son sutkada Rusiyanın 370 hərbçisini zərərsizləşdirib və 44 tankını məhv edib.

Oxu24.com  xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Bildirilib ki, müharibə başlayandan bəri Rusiya Silahlı Qüvvələrinin 60 800 hərbçisi məhv edilib.

Qeyd olunub ki, son sutka ərzində Rusiya ordusunun 2 silah anbarı, 2 idarəetmə məntəqəsi dağıdılıb.

Həmçinin qarşı tərəfin 3 dayaq məntəqəsi sıradan çıxarılıb, 3 zenit-raket kompleksi vurulub: “Bundan başqa, ötən gecə düşmənin 2 PUA-sı məhv edilib”.

Baş Qərargahdan bildirilib ki, Rusiya Silahlı Qüvvələri ələ keçirdiyi əraziləri nəzarətində saxlamağa çalışır: “Təmas xətti boyunca mövqelərimiz atəşə tutulur”.

Məlumata görə, fevralın 24-də müharibə başlayandan indiyədək Rusiyanın döyüş itkiləri 2 424 tank, 5018 zirehli maşın, 1 407 artilleriya sistemi, 340 reaktiv yaylım atəşi sistemi, 177 hava hücumundan müdafiə sistemi, 266 təyyarə, 228 helikopter, 1 028 operativ-taktiki PUA, 246 qanadlı raket, 15 gəmi/qayıq, 3 823 avtomobil və avtoçən, 131 xüsusi texnikadan ibarətdir.

Bakıda qız görüşə gəldiyi kişinin evində öldü - ŞOK DETALLAR

Dəhşət budur: baxın, ermənilər meyiti necə təhqir edir...(VİDEO)

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Bakıda dəhşətli anlar: Ölən var
Müdafiə Nazirliyi Ermənistana xəbərdarlıq edib: Lazımi cavab tədbirləri görüləcək