Yevlaxda yeniyetməni intihar həddinə çatdıran şəxs həbs edilib.
Sentyabrın 29-da Yevlax sakini, 2007-ci il təvəllüdlü Ramil Əliyevin (şərti ad və soyad) Yevlax-Bərdə yolunun üzərində quraşdırılmış körpünün üzərinə çıxaraq oradan intihara cəhd etməsi faktı ilə bağlı araşdırma aparılıb.
Araşdırmalarla barəsində məhkəmədə cinayət işi olan Zaur Təhməzovun Ramil Əliyevə sağlamlığına zərər vurmaq hədəsi ilə hədə-qorxu gəlib barəsində məhkəmədə yalan ifadə verməyə məcbur etməsi səbəbindən sonuncunun intihara cəhd etməsinə əsaslı şübhələr müəyyən edildiyindən fakta görə Cinayət Məcəlləsinin 299.2 (şahidi, zərərçəkmiş şəxsi yalan ifadə verməyə məcbur etmə) və 125-ci (özünü öldürmə həddinə çatdırma) maddələri ilə cinayət işi başlanıb.
Zaur Təhməzov Cinayət Məcəlləsinin qeyd edilən maddələri təqsirləndirilən şəxs qismində cəlb olunaraq barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Hazırda iş üzrə istintaq davam edir.
Oxu24.com
ŞƏRHLƏR