Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
74322
az

Baydenə Azərbaycanla bağlı çağırış - Skandal qətnamə

13:3328 Sentyabr, 2022
217
REDAKTORUN SEÇİMİ
  • A
BŞ Senatının Xarici Əlaqələr Komitəsinin sədri Bob Menendez Azərbaycan əleyhinə skandal qətnamə təqdim edib. Oxu24.com xəbər verir ki, ermənipərəst mövqeyi ilə seçilən və ABŞ-dakı “Erməni Milli Komitəsi” (ANCA) adlı qurumdan maliyyələşən senator Azərbaycanı “təcavüz”də ittiham edir. Menendez bədnam qətnamədə Prezident Co Baydeni Azərbaycana “Maqnitski Aktı”na uyğun olaraq sanksiya tətbiq etməyə çağırır. Həmçinin Dövlət Departamentinə ABŞ-ın Azərbaycana yardımını nəzərdən keçirmək üçün müraciət edir. Öz qondarma ittihamlarında bir az da irəli gedən ermənipərəst Menendez Azərbaycanı "Ermənistan ərazisinə hücumda və mülki infrastrukturu atəşə tutmaqda" günahlandırır. Qətnamə digər ermənipərəst senator Marko Rubio ilə birgə təqdim olunub. Sənəd Menendezin dövlət katibi Entoni Blinkenə yazdığı məktubun ardınca açıqlanıb. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Dəm qazından öldü
Yer kürəsində maqnit qasırğası başlayıb
Sabahın havası ilə bağlı xəbərdarlıq

Yaponiyada yolların binaların içərisindən keçdiyi şəhər — VİDEO

18+

Parkda qıza təcavüz etmək istəyən kişi tutulub
Yükün içərisindən adam çıxdı— Azərbaycan sərhədində şok hadisə
Gəncədə törədilən erməni terrorundan varlanmaq istəyənlər kimlərdir?— Sakinlərin kirayə pulları verilmir
Hansı bağırsaq şişləri ən təhlükəlidir?
Şəkinin görkəminə xələl gətirən sahibkar həbs edildi