Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
74114
az

Rusiyada qismən səfərbərliyə onlar cəlb olunacaqlar - SİYAHI

23:2622 Sentyabr, 2022
201
  • A

Rusiya Müdafiə Nazirliyi qismən səfərbərlik şəraitində hərbi xidmətə kimin və hansı şərtlərlə çağırılacağı məsələsinə aydınlıq gətirib.

OXU24.COM "qafqazinfo"-ya istinadən xəbər verir ki, ilk növbədə zəruri hərbi ixtisasa malik olanlar çağırılacaq ki, bunlara da atıcılar, tankçılar, sürücülər və sürücü-mexaniklər daxildir.

Daha sonra ehtiyatda olanların "birinci kateqoriyası"na aid edilmiş şəxslər hərbi hissələrə göndərilicəklər: 35 yaşınadək sıravi və ehtiyatda olan çavuşlar, 50 yaşınadək kiçik zabitlər, 55 yaşadək yüksək rütbəli zabitlər.
 

Həmçinin zəruri hərbi ixtisasları olan qadınlar, xüsusən də həkimlər çağırıla bilər, lakin indi belə mütəxəssislərə ehtiyac minimaldır.

Əsas seçim meyarlarından biri çağırışçıların və hərbi xidmətə çağırılanların döyüş təcrübəsi olacaq.

"Belə ki, ehtiyatda olan vətəndaşların müddətli həqiqi hərbi xidmətə çağırılması qaydası müəyyən edilməyib, çağırışa cəlb olunanların sayı "tamamlanmış hərbi hissələrin müntəzəm ehtiyacı" ilə müəyyən edilir", - deyə Müdafiə Nazirliyindən bildirilib.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Çin İsrail ərazisinə gecə hücumuna reaksiya verib
Ukraynada 600 uşaq müharibənin qurbanı olub
772-ci gün: Rusiya Ukraynanın itkilərini yenilədi

6 yaşlı qız yeganə qəribə genlə doğulub

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Bakıda tutulan Xəyalla bağlı şok fakt: Qadınlara qarşı...(VİDEO)
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Dəmirtaşın həbs cəzası 43 il 8 aya yüksəldildi