Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
73695
az

TƏCİLİ! Ermənistanın Səhiyyə Nazirliyi açıqlama yaydı

09:1113 Sentyabr, 2022
2772
REDAKTORUN SEÇİMİ
  • A
Ermənistan Səhiyyə Nazirliyində Azərbaycanla sərhəddə baş verən toqquşmalar nəticəsində mülki əhali arasında itkilərin olması barədə məlumat yoxdur. Oxu24.com xəbər verir ki, bu barədə nazirliyin yaydığı məlumatda deyilir. “İndiyədək Ermənistan Respublikası vətəndaşları arasında itkilər barədə məlumat olmayıb”, - nazirlikdən qeyd edilib. Qeyd edək ki, sentyabrın 12-də gecə saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribat törədib. Ermənistan tərəfi guya Azərbaycan Ordusunun mülki əhalini, obyektləri və infrastrukturu hədəfə alması barədə məlumat yayıb. Lakin Azərbaycan Müdafiə Nazirliyi məlmatları təkzib edib. Qeyd olunub ki, Ermənistanın təxribatlarına cavab olaraq əks tədbirlər lokal xarakter daşıyaraq atəş nöqtəsi olan legitim hərbi hədəflərə qarşı yönəlib: “Cavab tədbirləri kiçikmiqyaslı və hədəflənmiş xarakter daşıyaraq Azərbaycan sərhədlərinin təhlükəsizliyini təmin etmək və Ermənistanın təxribatlarına son qoymaq məqsədi daşıyır. Mülki obyektlərin və günahsız insanların hədəfə alınması Ermənistan silahlı qüvvələrinin tətbiq etdiyi standart hərbi metodologiyadır. 30 illik işğal dövründə və 44 günlük Vətən müharibəsində məhz Ermənistan tərəfi ballistik raketlər və kasetli bombalarla qəsdən və məqsədyönlü şəkildə Azərbaycan şəhərlərini və mülki əhalisini hədəfə alırdı”. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Kürdən meyiti tapılan şəxs kimdir?
SON DƏQİQƏ! Güclü yanğın başladı:62 nəfər xilas edilib
3 bürcü inanılmaz hadisələr gözləyir

Türk alimdən xəbərdarlıq: Dəhşətli istilər gəlir...

18+

Gündə bir dəqiqə bu idman hərəkətini etməkcinsi aktivliyi artırır
Canlı yayımda qıza hücum etdi - VİDEO
Məktəb direktoru müəlliməyə qoyun dedi -  Müəllimin üstünə təcili yardım gəldi
MÖCÜZƏ! Bir dəstə Şüyüd 10 Xəstəliyi belə SAĞALDIR
Siqaret çəkdiyi üçün qardaşını danlayan atasını öldürdü