Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
73626
az

İki fəndən dərs deyən müəllimlərin sertifikasiyası necə aparılacaq? - VİDEO

17:0510 Sentyabr, 2022
115
CƏMİYYƏT
  • A

İki fəndən dərs deyən müəllimlərin sertifikasiyası onların seçimi əsasında aparılacaq. Müəllim hansı fənn üzrə sertifikasiyadan keçmək istəsə, ona bu istək üzrə imkan yaradılacaq.

OXU24.COM  xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdiri Eşqi Bağırov deyib.

Onun sözlərinə görə, həmin müəllimlərin bir fəndən sertifikasiyası məqbul hesab edilir.

Amma tövsiyə olunur ki, müəllim hansı fəndən daha çox saat dərs deyirsə, sertifikasiya üçün də məhz o fənni seçsin. Müəllimlərin dərs saatları ilə bağlı məlumatlar isə yerli idarələrdən alınacaq.

Şöbə müdiri həmçinin bildirib ki, ibtidai sinif müəllimlərinin sertifikatlaşma imtahanlarının test mərhələsi artıq bitib və növbəti həftədən onların onlayn qaydada müsahibə mərhələsi başlayacaq. Müəllimlər regional təhsil idarələrinə yaxınlaşaraq ordakı texniki şəraitə uyğun müsahibə mərhələsində iştirak edəcəklər və nəzərdə tutulan bir neçə meyar üzrə qiymətləndiriləcəklər.


OXU24.COM  Xəzər TV-yə istinadən mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Putin tərcüməçidən üzr istədi - VİDEO
Azərbaycanlı şairin son durumu açıqlandı - FOTO
Dönər alarkən bunlara diqqət etmək lazımdır

Universitetə ​​daxil olduqdan 70 il  sonra məzun oldu

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Bakıda tutulan Xəyalla bağlı şok fakt: Qadınlara qarşı...(VİDEO)
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Dəmirtaşın həbs cəzası 43 il 8 aya yüksəldildi