Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
73568
az

Jurnalist Əvəz Zeynallının şok səs yazısı yayıldı - AUDİO

22:2807 Sentyabr, 2022
2130
  • A

"Haqqın.az" saytının baş redaktoru, Əməkdar jurnalist Eynulla Fətullayev "Xural TV"nin rəhbəri Əvəz Zeynallı haqda ifşaedici məlumat yayıb.

 

Oxu24.com  xəbər verir ki, bu barədə feysbuk hesabında paylaşım edən E. Fətullayev jurnalist Əvəz Zeynallının hazırda həbsdə olan "Baku Steel Company” şirkətinin sabiq rəhbəri Rasim Məmmədovu şantaj edərək, onun ailəsindən 20 min manat pul aldığını bildirib.

 

E. Fətullayev bununla bağlı səs yazısını sosial şəbəkə hesabında ictimailəşdirib.

 

"Əvəz Zeynallı şantaj və hədə-qorxu yolu ilə uzun müddət ərzində "Baku Steel Company" şirkətinin keçmiş rəhbəri, biznesmen Rasim Məmmədovu "tənqidlə" təhdid edərək, iş adamının yaxınlarından 20 min manat pul alıb, sonra şərti pozub, 7 sentyabr tarixli verilişində Rasim Məmmədovu "metallurgiya sənayesinin qatili" adlandırıb. Sövdələşmənin pozulmasına etiraz etmiş iş adamının yaxınları pulu geri tələb edib", - paylaşımda qeyd olunub.

 

Əvəz Zeynallının səs yazısını təqdim edirik:

 

 

“Xural” TV-nin rəhbəri, tanınmış jurnalist Əvəz Zeynallının həbsdə olan iş adamı Rasim Məmmədovun ailəsindən 20 min manat pul alması barədə iddialar irəli sürülüb. 

YENİLƏNDİ:

 

Rasim Məmmədovun vəkili Elçin Sadıqov isə Gununsesi.info-ya açıqlamasında bu haqda deyib:

“Mən də bu xəbəri oxuyandan sonra Rasim Məmmədovun ailəsi ilə əlaqə saxladım. Ancaq onlar bu iddianı birmənalı olaraq təkzib etdi.  “İadə” ifadəsində heç bir puldan söhbət getmir. Ailə bu xəbərə görə ciddi narahat olub. Orada Rasim Məmmədovun günahsızlığını özündə əks etdirən konkret sənədlərdən söhbət gedir. Əvəz bəy həmin sənədləri qaytarmasını nəzərdə tutub”.

Əvəz Zeynallı "Qafqazinfo"ya açıqlamasında bildirib ki, sabah bu barədə özü geniş açıqlama verəcək. 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Rəsmi açıqlama: Saatlıq əməkhaqqı necə hesablanacaq? +VİDEO
Məktəb direktoru müəlliməyə qoyun dedi -  Müəllimin üstünə təcili yardım gəldi
Rəisinin ölümü ilə bağlı daha bir ŞOK: Pilot bunları deyibmiş +VİDEO

100 yaşlı qadın 102 yaşlı kişiyə ərə getdi - FOTO

18+

Gündə bir dəqiqə bu idman hərəkətini etməkcinsi aktivliyi artırır
Məktəb direktoru müəlliməyə qoyun dedi -  Müəllimin üstünə təcili yardım gəldi
Böyrək daşından əziyyət çəkənlərin diqqətinə! - Çarəsi bu meyvənin tumudur
Zaqatalada qonaqların gözü qarşısında güllələnərək öldürülən Natavanın FOTOSU