Rusiyada Murmansk vilayətinin Murmaşi kənd sakini ərini çox qeyri-adi şəraitdə qətlə yetirdiyinə görə mühakimə olunacaq.
OXU24.COM bildirir ki, istintaqın müəyyən etdiyi kimi, 63 yaşlı qadın və 60 yaşlı əri yaşadıqları mənzildə spirtli içki qəbul edib. Kişi qəfildən qəlyanaltı olmamasından şikayətlənərək həyat yoldaşından heç olmasa yumurta bişirməsini istəyib. Cavab olaraq kişiyə nəinki rədd cavabı verilib, hətta sinə və qarın nahiyəsindən on bıçaq zərbəsi dəyib.
"Hadisə yerində Rusiya İstintaq Komitəsinin müstəntiqi baxış keçirib, bıçaq aşkarlanıb və götürülüb. İlkin istintaq zamanı qadın iddia edilən cinayəti törətməkdə təqsirini tam etiraf edib. Məhkəmə istintaqın tələbi ilə həbs qətimkan tədbiri seçdi", - deyə RF İstintaq Komitəsinin regional idarəsinin mətbuat xidməti məlumat yayıb.
Oxu24.com
ŞƏRHLƏR