Nebraskada (ABŞ) maraqlı bir rekorda imza atılıb. Belə ki, Sirakuzadan olan macəraçı Dueyn Hansen nəhəng balqabaqda çay boyunca 38 mil (61 km-dən çox) üzərək yeni rekorda imza atıb.
OXU24.COM oxu.az-a istinadən xəbər verir ki, o, təxminən 400 kq ağırlığında nəhəng balqabağın içində Missuri çayı boyunca üzüb. Məlumata görə, avarlı "qayıq"la yerli vaxtla səhər saat 7:30 radələrində başlayan 61 kilometrlik səyahət axşam saat 18:30 radələrində başa çatıb.
Beləliklə Hansen balqabaqda üzmək üzrə "Ginnesin Rekordlar Kitabı"na düşüb.
Oxu24.com
ŞƏRHLƏR