İmam Əli (ə) buyurur: "Eyb axtarmaq - ən çirkin eyblərdən və ən pis günahlardandır".
İmam Əli (ə) buyurur: "Sənin üçün ən mənfur insan, ən uzaq insan o kəs olmalıdır ki, hamıdan çox insanların eybini axtarar".
İmam Sadiq (ə) buyurur: "Nə zaman görsəniz ki, bəndə başqalarının eyblərini axtarır və öz günahlarını yadından çıxartmışdır - bilin ki,İlahi məkrə giriftar olmuşdur".
Həzrət Peyğəmbər (s) buyurur: "Xoş olsun o kəsin halına ki, öz eybi, mömin qardaşlarının eybini axtarmaqdan saxlayar".
İmam Əli (ə) buyurur: "Ən üstün insan - o kəsdir ki, öz eybləri onu başqalarının eyblərini axtarmaqdan saxlayar".
İmam Əli (ə) buyurur: "O kəs ki, başqalarının eyblərini axtarmaq ardıncadır, gərək özündən başlasın".
İmam Sadiq (ə) buyurur: "İnsan üçün ən faydalı şey odur ki, başqalarından daha tez öz eyblərini islah etməyə çalışar".
İmam Əli (ə) buyurur: "Ən aqil insan o kəsdir ki, öz eyblərinə qarşı ayıq, başqalarının eyblərinə qarşı kor olar".
İmam Əli (ə) buyurur: "O kəs ki, öz eybini görər, başqalarının eybini axtarmaqdan dayanar".
İmam Əli (ə) buyurur: "Hər kim öz büdrəməsini görər, başqalarının büdrəməsi onun nəzərində kiçik olar".
Oxu24.com
ŞƏRHLƏR