Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
72465
az

SON DƏQİQƏ! Prezident sərəncam imzaladı: mühüm dəyişikliklər var

18:2928 İyul, 2022
4892
SİYASƏT
  • A

Prezident İlham Əliyev Azərbaycan Respublikasında elm və təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı fərman imzalayıb.

Oxu24.com  xəbər verir ki, fərmanla Təhsil Nazirliyi Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi adlandırılıb.

Sənədə əsasən, elm sahəsində dövlət siyasətinin və tənzimlənmənin həyata keçirilməsi, elmi müəssisə və təşkilatların elmi fəaliyyətinin əlaqələndirilməsi və istiqamətləndirilməsi ilə bağlı səlahiyyətlər Nazirliyə həvalə edilib.

Nazirliyin yanında aşağıdakı Agentliklər yaradılıb:

Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi;

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi.

Sənədlə Azərbaycan Milli Elmlər Akademiyasının Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin tabeliyinə verilən elmi müəssisə və təşkilatlarının, habelə digər qurumlarının siyahısı təsdiq edilib.

Azərbaycan Milli Elmlər Akademiyasının Milli Azərbaycan Tarixi Muzeyi, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi və Hüseyn Cavidin Ev Muzeyi əmlakları ilə birlikdə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin tabeliyinə verilib..

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Prezident Moskvadadır
MEDİA: Azərbaycan Prezidenti adından saxta məlumat yayılıb
Suriya və İraqdan 8 nəfər Azərbaycana gətirildi

Bakıda “iPhone 16” bu mağazada satılır - QİYMƏT

18+

Ölən qız İlahə imiş - Ərazidən fotolar
Bakıda marketdə baş vermiş qətlin dəhşətli VİDEOSU YAYILDI
"Kontakt Home" müştərilərini aldadır?
Əl-ayaqda şişkinlik ürəkdən, yoxsa böyrəkdəndir?
Uşaq arabasından oğurluq edən şəxs saxlanıldı