Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
72427
az

Ustanı öldürüb meyiti soyuduca qoydu - Azərbaycanda tükürpədici qətl

17:2327 İyul, 2022
458
OXU24 TV
  • A

1998-ci il aprelin 26-da Bakı Balıq hisləmə zavodunun 2 saylı sexində usta işləyən Mübariz Rəsulovun meyitinin aşkar olunması faktına görə həmin tarixdə Nəsimi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 95-ci maddəsi ilə (köhnə redaksiyada) başlanmış cinayət işinin istintaqı tamamlanıb.

Nəsimi rayon prokurorluğundan  Oxu24.com-a verilən xəbərə görə, istintaqla müəyyən edilib ki, həmin zavodda qeyri-rəsmi mühafizəçi işləmiş Elnur Abbasov 1998-ci il aprelin 22-də, saat 23 radələrində aralarında yaranmış mübahisə zamanı işlədiyi sexdə Mübariz Rəsulova çoxsaylı bıçaq zərbələri yetirərək onu xüsusi amansızlıqla öldürdükdən sonra törətdiyi cinayətin izlərini gizlətmək məqsədilə hadisə yerini təmizləyərək meyiti sexdəki soyuducuya qoyub.

Aparılan istintaqla cinayətin Elnur Abbasov tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən edilməsinə baxmayaraq onun ölkə ərazisini tərk etməsi səbəbindən cinayət məsuliyyətinə cəlb olunması mümkün olmayıb və barəsində axtarış elan edilib.

2022-ci il iyulun 1-də Elnur Abbasova 1998-ci ildə qüvvədə olan Cinayət Məcəlləsinin 94-cü maddəsinin 6-cı hissəsi ilə yenidən ittiham elan edilməklə cinayət işi baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər məhkəməsinə göndərilib.

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Meyxanaçı Xəyyam Əhmədli dəfn olundu -VİDEO
Dəhşətli partlayış kameraya düşdü

WhatsApp-da yeni funksiyalar

18+

Köpəkbalığı qadına hücum etdi - VİDEO
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Bu xəstəxanaya baş həkim təyin edildi- Foto
İki keçmiş nazir həbs olundu