Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
72193
az

Kapital Bank-ın daxili ipotekası daha sərfəli oldu!

13:1921 İyul, 2022
301
İQTİSADİYYAT
  • A

Kapital Bank evi olmayanlara və mənzilini yeniləmək istəyənlərə endirimli şərtlərlə daxili ipoteka krediti təklif edir. Artıq ev almaq arzusunda olanlar illik 5%-dən başlayan şərtlərlə ipoteka krediti əldə edə bilərlər. Bunun üçün xüsusi bir limitin ayrılacağını gözləməyə ehtiyac yoxdur. Hazırda bazarda ən sərfəli şərt olan bu təklifdən dərhal yararlanmaq mümkündür.

 

İpoteka kreditinin minimal məbləği 20 000, maksimal məbləği isə 500 000 manat təşkil edir, müddəti isə 1 ildən 20 ilədək dəyişir. Minimal ilkin ödəniş 30%, Kapital Bank-ın partnyor şirkətlərində isə 20%-dir. Daxili ipoteka kreditini əlavə vaxt itkisi olmadan //ipoteka.kapitalbank.az/ portalı vasitəsilə müraciət etməklə, həm rəsmi, həm də digər gəlirləri olan şəxslər sürətli şəkildə əldə edə bilərlər.

 

Kapital Bank-ın partnyor şirkətlərindən ilkin qeydiyyat sənədi olan mənzillər alınan zaman kreditləşmə çıxarışı olan mənzillərə uyğun şərtlərlə həyata keçirilir. Eyni zamanda dövlət ipotekası kimi illik 8%-lə 10 il müddətə də ev sahibi olmaq mümkündür. Müştərilər ipoteka üzrə müraciətlərini (+994 50) 999 81 96 WhatsApp nömrəsinə ünvanlaya bilərlər.

 

Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-a daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi – 106 filialı və 24 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün //kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Daxili ipoteka krediti sifarişi üçün – //ipoteka.kapitalbank.az/, Nağd pul krediti sifarişi üçün – //kbl.az/krdt, BirKart sifarişi üçün – //kbl.az/tkstcrd.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Azərbaycan neftinin qiyməti 75 dollara düşdü
“Brent” ucuzlaşdı
Qızıl və gümüş ucuzlaşdı

“WhatsApp”da yeni funksiya aktivləşir

18+

Şikayətə gedən qadın polis bölməsində zorlanıb
Zirəddindən sensassion açıqlama:"Rasim suda deyil,öldürülüb..."
Gəncənin küçələri bərbad vəziyyətdədir - SAKİNLƏR ŞİKAYƏT EDİR
Əl-ayaqda şişkinlik ürəkdən, yoxsa böyrəkdəndir?
Polis əməkdaşları tərəfindən xeyli silah-sursat aşkarlandı - VİDEO