Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
71980
az

Daha qazilərimiz yox, onların intiharına səbəb olanlar “yanacaq!”- Tanınmış aparıcı

16:0813 İyul, 2022
302
CƏMİYYƏT
  • A

Bir dəfə sübh tezdən “İnstagram”-ma bir mesaj gəldi. Yazan həyatından, yaşayışından bezən bir qazi idi. (Onunla bir dəfə də danışmışdıq. İşlə təmin olunmağına köməklik göstərməyim üçün mənə CV göndərmişdi. Mən də lazımi qurumlara yönləndirmişdim.) İntihar edəcəyini qeyd etmişdi. Mesajı əllərim titrəyə-titrəyə oxudum. Həmin an keçirdiyim həyəcanı sözlərlə ifadə etmək mümkün deyildi. Bəlkə oxuyar deyə, fikrindən daşındırmaq üçün ona cavab yazdım. Mesaja baxılmadığını gördükcə ürəyimdəki qorxu bir az da artırdı. Dayanmadan yazdım ki, bəlkə evdə kimsə mesajın səsini eşidər. Yenə cavab yox idi. Rəsul əvvəlki yazışmalarda CV-dən əlaqə nömrəsini tapıb, zəng vurdu, telefonu açan olmadı. İkimiz də çox narahat idik. İnstagramda Polis Azərbaycan səhifəsinə yazdım, sonra Elşad Hacıyevə yazdım. Sağ olsunlar, anında cavablandırdılar ki, narahat olmayın, biz lazımi tədbirləri görəcəyik. Rəsul dayanmadan zəng vururdu. Birdən sevincək “Açdılar!” dedi.
Özü idi! Şükür, sağ-salamat idi. Rəsul da, mən də onu fikrindən daşındırmaq üçün çox cəhd etdik, xeyli söhbətləşdik. Şükür, müvəffəq olduq. Bizə söz verdi. Canına qıymacağına söz verdi! Sağollaşdıq!”.
Medianews.az xəbər verir ki, bu sözləri tanınmış aparıcı Jalə Həsənli sosial şəbəkə hesabında bir neçə gün əvvəl Sabirabadda özünü yandıraraq intihar edən qazi Elvin Cəfərovun başına gələnlər və belə bir situasiyada onların çevrəsindəki insanlardan görüyü dəstəyin önəmi ilə bağlı fikirlərini bölüşərkən qeyd edib:
“Sonra Elşad müəllim yazdı ki, narahat olmayın. Məsələ həll olundu. Qazimiz daha sonra yazdı ki, evlərinə baş çəkiblər, onunla həmsöhbət olublar. Dəstək olublar.
Birlikdə bir insanın həyatını xilas etmişdik. O qədər sevinirdik. İndi şükürlər olsun, həyatdadır o insan. Bayramlarda “Bayramın mübarək, bacım!” yazır. Bəlkə indi özü də bunu oxuyur. Səninlə qürur duyuram, qardaşım!
Özünü yandıran qazimiz Elvini də belə xilas etmək olardı. İnsanın affekt halında ağlına hər şey gəlir. Onun son sözlərini videoya çəkmək yerinə, düşdüyü vəziyyətdən çıxarmağa çalışardınız kaş. Alınmırdı? Əlini, qolunu tutardınız, daha yanandan sonra videoya çəkib, “Qazimizə baxmırlar, baxın, qaziyə qiymət vermirlər” deyib, bir insanın həyatı bahasına özünüzə reytinq toplamayaydınız!
Nə baş vermişdi bir gün öncə? O niyə “Məni o dərinlikdə sındırmağın yeri yox idi” dedi peşman baxışlarla? Kim alçaltmışdı onu getdiyi qurumda? Kim “sındırmışdı?” Qazimizi bu vəziyyətə çatdıran həmin vicdansız kim idi? Cəzasını alacaq?
10 milyonun içində neçə qazi var ki, onları qorumaq, onları razı salmaq bu qədər çətin olsun?
Qazi adını şərəflə daşıyan oğullarımız! Dəyərlisiniz! Qiymətlisiniz! Həyatda heç bir şey sizin həyatınızdan daha önəmli, daha vacib deyil. İntihar həll yolu deyil! Elvinin dəfn görüntüləri məni və mənim kimi minlərlə azərbaycanlını məhv etti. Həyatınızı məhv etməyin.
Məhv olmayaq! Biz sizin, şəhidlərimizin sayəsində qələbəmizdən ağız dolusu danışırıq. Qoy həmişə sizin qəhrəmanlığınızdan, cəsarətinizdən danışaq ölümünüzdən deyil!
P.S: Aİ-95 markalı benzinin də qiyməti qalxdı axı. Ümid edirəm, bu, gündəmi dəyişməyəcək. Daha qazilərimiz yox, onların intiharına səbəb olanlar “yanacaq!” .

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bu tərəvəzdən bol-bol yeyin:İki dərddən AZAD OLACAQSINIZ
Bəkməzə 1 qaşıq qatın: Faydasını 30 qat artırır,sümükləri "beton" kimi, xolesterolu yox edir
Bu istiqamətdə əlavə qatar reysi təşkil ediləcək

WhatsApp-da yeni funksiyalar

18+

Köpəkbalığı qadına hücum etdi - VİDEO
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Bu xəstəxanaya baş həkim təyin edildi- Foto
İki keçmiş nazir həbs olundu