Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
71918
az

Qan xərçəngindən əziyyət çəkən gənc həkim Türkiyədə vəfat etdi - FOTO

22:3309 İyul, 2022
192
CƏMİYYƏT
  • A
2 ildir ki, Hoçkin limfomasından əziyyət çəkən və insanların dəstəyi ilə Türkiyədə müalicə alan Şəbnəm Mikayılova dünyasını dəyişib.
 
OXU24.COM xəbər verir ki, Cəlilabad Rayon Mərkəzi Xəsətəxanasında həkim-terapevt vəzifəsində çalışan Şəbnəm Mikayılova limfa sisteminin limfosit mənşəli bədxassəli şişi olan Hoçkin limfoması xəstəliyindən əziyyət çəkirdi. Həkimin müalicəsi və sağalması üçün 100 min dollar vəsait tələb olunurdu.
 
Ş.Mikayılova 2 il müalicə alsa da, heç bir nəticə əldə edilməmişdi. Türkiyədə 8 aylıq müalicə kursunu keçməli, sonra isə ona sümük iliyi köçürülməli idi.
 
Tanınmış həkim-pediatr Aytən İsmayılzadə də sosial şəbəkədə müraciət edərək insanları həmkarının həyatını xilas etməyə çağırmışdı.
 
Onu da qeyd edək ki, Ş.Mikayılova iki il əvvəl əsas xəstəliyinə bağlı olaraq bazu sümüyündə baş verən destruksiya səbəbilə Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunda müalicə almışdı.
Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bu tərəvəzdən bol-bol yeyin:İki dərddən AZAD OLACAQSINIZ
Bəkməzə 1 qaşıq qatın: Faydasını 30 qat artırır,sümükləri "beton" kimi, xolesterolu yox edir
Bu istiqamətdə əlavə qatar reysi təşkil ediləcək

WhatsApp-da yeni funksiyalar

18+

Köpəkbalığı qadına hücum etdi - VİDEO
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Bu xəstəxanaya baş həkim təyin edildi- Foto
İki keçmiş nazir həbs olundu