Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
71854
az

Sevdiyiniz BirKart indi Birbank kartı oldu!

19:2507 İyul, 2022
256
İQTİSADİYYAT
  • A

Kapital Bank BirKart-ın rebrendiniqini həyata keçirdi. Artıq BirKart məhsulu müştərilərə Birbank kartı kimi təqdim ediləcək. Tam yeni dizaynlı Birbank debet və taksit kartları 3 növdə olacaq – Cashback, Umico və Miles. Yeni kartlar BirKart-ın bütün üstünlüklərini özündə cəmləşdirməklə yanaşı yeni özəlliklərə də malikdir.

 

Bütün Birbank kartlarının həm taksit, həm də debet növü mövcuddur. Birbank Cashback kartı sahibinə ikiqat ƏDV bonusu və nağdsız ödənişlərdə 1,5%-dən 30%-dək keşbek, Birbank Umico əlavə Umico bonusları, Birbank Miles isə istənilən aviaşirkətin aviabiletinə dəyişdirilməsi mümkün olan millər qazandırır. Birbank Cashback debet kartları ilə ay ərzində 4000 manatadək istənilən yerli bankomatda vəsait nağdlaşdırarkən və ölkədaxili istənilən bank kartına pul köçürərkən heç bir komissiya haqqı tutulmur. Həmçinin Birbank Miles və Birbank Umico kartları ilə ay ərzində 4000 manatadək Kapital Bank-a məxsus bankomatlarda nağdlaşdırma və ölkədaxili istənilən bank kartına pul köçürməsi komissiyasızdır. Birbank taksit kartı istifadəçiləri isə 63 günədək güzəşt müddətindən faydalana bilərlər.

 

Qeyd edək ki, Birbank kartı 2016-cı ilin əvvəlində BirKart adı ilə istifadəyə verilmiş və qısa müddət ərzində insanların rəğbətini qazanmışdı. Hazırda Birbank kartı Azərbaycanın taksit kartlar bazarında 60% paya sahibdir.

 

Birbank kartları bir sıra üstünlüklərə malikdir: 18 ayadək faizsiz taksitlə hissə-hissə ödəmək imkanı, birdəfəlik ödənişlərdə 63 günədək güzəşt müddəti, kartı idarə etmək üçün rahat mobil tətbiqi, loyallıq sistemləri və pulsuz SMS məlumatlandırma xidməti. Birbank kartının ölkə üzrə 11 000-dən artıq partnyor mağazası fəaliyyət göstərir və bu say artmaqdadır.

 

Birbank kartı haqqında ətraflı məlumat üçün //birbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya kartın Facebook və Instagram səhifəsinə müraciət edə bilərsiniz. Birbank kartını sifariş vermək üçün Birbank tətbiqini yükləyin, “1” yazıb 8196 qısa nömrəsinə SMS göndərin, WhatsApp vasitəsilə (+994 50) 999 81 96 nömrəsinə yazın və ya Birbank mərkəzlərinə müraciət edin.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bitkoin rekord səviyyədə bahalaşdı
Bu gün Cəbrayılda Günəş Elektrik Stansiyasının təməli qoyulacaq
Veteranların müavinəti artırılacaq?- Nazirdən açıqlama

İsveçdə dəmir dövrünə aid qeyri-adi dəfn yeri tapılıb

18+

Məmurun nazir arvadları ilə intim görüntüləri yayılıb
İlan ilbisi yedi — Viral olan həmin video
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Ginekoloqların uşağı olmayan qadınlara tövsiyəsi: 1 toxumla 11 qayda çarədir
Qaxda ağır qəza - Azyaşlı öldü