Daha bir Vətən müharibəsi qazisinə toyunda mənzil hədiyyə edilib.
OXU24.COM"Qafqazinfo"ya istinadən xəbər verir ki, bu barədə Qarabağ qazisi, tanınmış jurnalist Rey Kərimoğlu məlumat yayıb.
"Əmək və əhalinin sosail müdafiəsi nazirinin müavini Vüsal Nəsirli Prezidentin adından toyu olan qazi Kənana üçotaqlı mənzilin açarlarını və sənədlərini təqdim etdi! Xoşbəxt olsun!", - o qeyd edib.
R.Kərimoğunun sözlərinə görə, toyda ƏƏSMN-in tabeliyində olan Sosial Xidmətlər Agentliyinin sədri Vüqar Behdudov, Nizami rayon icra hakimiyyətinin başçısı Coşqun Cəbrayılov da iştirak edir.
Oxu24.com
ŞƏRHLƏR