Qoç - səhər saatlarından etibarən aktiv olun, konkret işlərlə məşğul olun və nə istədiyinizi müəyyənləşdirin.
Bu ayın təmayülləri indi formalaşır. Şansınızı dəyərləndirin, yaranan imkanlardan istifadə edin. Siqnalları eşidin, nişanələri görün, tənbəllik etməyin.
Maraqlarınızı təmin etmək üçün maksimum intensivliklə çalışın. Əhəmiyyətli məsələnin həllinə başlayın.
Əsası isə budur ki, məqsədi konkretləşdirin.
Axşam saatlarında açıq havada gəzintiyə çıxın, aktiv istirahət edin.
Stress, gərginlikdən qurtulun, güc və qüvvə yığın. Sizi sabah gərgin iş rejimi gözləyir.
Buğa - yeni orientirlər seçin. İşlə bağlı təklif səslənəcək. Yeni və fərqli ideyalar var. Gərəkli informasiya axtarışı ilə məşğul olun, faydalı əlaqələri bərpa edin. Təmaslardakı donuq situasiyanı aradan qaldırın.
Məqsəd və məramlarınızı səhər saatlarından etibarən reallaşdırmağa başlayın. Gərəkli avadanlıq, vasitə və resursları toplayın.
Daxili gərginlik olsa da, imkanlar və qüvvələrdə müəyyən tükənmə hiss olunur. Gərgin olmayın. Bu gün izafi əmək üçün deyil.
Axşam saatlarında istirahət edin.
Əkizlər - öz "dalğa"nızdasınz. İnformasiya gözləyirsiniz. Ünsiyyətlər də bəlli marağınızın təminatına yönəlib. Təmasların xoş təəssürat yaratması üçün vaxtınızı mənasız və boş söhbətlərə səf etməyin.
İrəliləyişinizə, maddi maraqlarınızın təminatına yönəlmiş işi təkbaşına görmək daha yaxşıdır.
Səfər, səyahətin planlaşdırılması, informasiya axtarışı üçün əlverişli gündür.
Axşam saatlarında açıq havada gəzintiyə çıxın.
Ehtiyatlı olun, travma riski var.
İntiuisiya və təhtəlşüurunuza güvənin.
Xərçəng - çalışdığınız sahələrdə aktiv olun. Təəssüratlar boldur. Sizdən daha fəal davranmağı istəyən insanları anlayışla qarşılayın.
Situasiyanı nəzarətdə saxlamaq üçün hadisələrin bəzilərinə təkan verin. Qarşılıqlı anlaşmadan çəkinməyin. Bu günədək müəmmalı və mübhəm olan bəzi məsələlərin pərdəarxasından xəbərlər gəlir. Problemlərinizin orijinal həllini tapra bilərsiniz.
İfrat gərginliyə, yorğunluğa yol verməyin. Narahatlıq, təşviş və yorğunluq axşam saatlarında başağrısına səbəb ola bilər.
Səhhətinizə fikir verin. Lüzum olarsa, pəhriz saxlayın.
Axşam saatlarını ailənizlə birlikdə keçirin. Maraqlı məşğuliyyət tapın, ünsiyyətdə olun, istirahət edin.
Şir - məntiq, tələbat və ya seçdiyiniz plana uyğun davranın. Hisslər, emosiyalar və ya ani impulsun təsiri altına düşməyin. Təkbaşına çalışmayın, tənha qalmayın. İşdə həmkarlarınızla birlikdə olun.
Toplantı, müzakirə və ya görüş zamanı işlə bağlı unutduğunuz, yadınızdan çıxmış təfərrüatı xatırlayacaqsınız.
İddialarla tələblərin səviyyəsini bir qədər aşağı salın. Mümkün qədər çox iş görməyə səy göstərin.
Axşam saatları konkret, maddi məsələlərlə bağlı işlər üçün əlverişlidir. Bacarıq və istedadınızı nümayiş etdirin. Sevdiyiniz işlərlə məşğul olmaq üçün əlverişli zamandır.
İstirahət və açıq havada gəzintiyə yetərincə vaxt ayırın.
Qız - günün kursu bəlli deyil. Təşəbbüslərinizi bir qədər təxirə salın, mühüm tədbiri planlaşdırmayın.
Sənədləşdirmə, hesabatların hazırlanması üçün yaxşı gündür. İş yerində, sənədlərdə, yazışmalarda qayda yaradın.
Qarşıda sizi yeni planlar və işlər gözləyir.
Yeni çağırışların və sifarişlərin öhdəsindən gəlməyinizə mane olan bütün ünsürlərdən qurtulun. Sürətli və uğurlu irəliləyişə ehtiyacınız var.
Axşam saatlarında dostlarla görüşün. Onlarla paylaşmaq istədiyiniz informasiya var.
Sərvaxt olun, şansı əldən verməyin.
Tərəzi - hadisələrə aktiv müdaxilə edin. Situasiyaya uyğunlaşın, baş verənlərdən maksimum faydalanmağa çalışın. Olayların istiqaməti hələlik bəlirsiz olsa da, az sonra bir sıra məqamlar konkretləşəcək.
Dəyişikliklər və yeniliklər əksəriyyət etibarilə pozitivdir.
Dəyər verdiyiniz məqam və ünsürləri qorumaq, möhkəmləndirmək hissi yaranacaq. Praktiki işlərlə məşğul olun.
Sağlam həyat tərzi baxımından təşəbbüskar olun. Ailə üzvlərini də təşəbbüsünüzə cəlb edin.
Axşam saatları evlə bağlı istənilən iş üçün faydalıdır. Alış-veriş, ərzaq tədarükü görmək üçün yaxşı vaxtdır.
Dostları evə qonaq çağırın. Əylənin, istirahət edin.
Əqrəb - seçim qarşısında qalacaqsınız. Tələsik və düşünülməmiş qərar verməyin. Neytral məsələyə keçin. Emosional problemin həllini arayarkən təmkinli davranın.
Yaxın günlərdə baş verəcək dəyişikliklər, yaşanacaq danışıqlar prosesinin ilkin mərhələsinin bünövrəsi qoyulur. Faydalı əlaqələr və təmaslar formalaşmaqdadır.
Tələb və iddiaları azaldın. Sizinlə ümumi marağı olan insanı müəyyənləşdirin.
Yaşamınızdakı intriqa günün ikinci yarısında intensivləşə bilər.
Axşam saatlarında istirahət edin.
Oxatan - gün qeyri-effektivdir. Yeni və genişmiqyaslı işə başlamayın. Danışıqlar, sövdələşmə, anlaşma, yeni sifarişin qəbulu, mühüm sənədlərin imzalanması arzuolunmazdır.
Əvvəl başladığınız işləri bitirməyə güc və aktivliyinizi sərf edin.
Fiziki işlə məşğul olmaqda xeyir var.
Şəxsi münasibətlər müstəvisində hər şey yaxşıdır. Yaxın ətrafınızdakı insanlarla qarşılıqlı anlaşmaya asanlıqla nail ola bilərsiniz.
Sevdiyiniz insana hədiyyə verin, münasibətlərdə romantik ortam yaradın.
Axşam saatlarında sakit istirahəti seçin.
Oğlaq - tərəfdaşlıqda yeni dövr başlanır. Şəxsi münasibətləri hələlik ön plana çıxarmayın və işə fikir verin. Gələn xəbərlərə fikir verin.
Əməkdaşlıqda və ya birgə fəaliyyətdə maraqlı olan insanlardan birinin təklifini dərhal qulaqardına vurmayın. Diqqətli olun, inadkarlıq etməyin.
Bu gün müəyyən məsələdə geri çəkilmək, güzəştə getmək olar. Mövqeyiniz daha səbatlı olana qədər gözləyin.
Axşam saatları ev işləri, ailəvi müzakirələr, alış-veriş üçün əlverişlidir.
Sizə əziz olan insana daha çox diqqət yetirin.
Dolça - aktiv olun, amma səbrsizlik və hövsələsizlik etməyin. Malik olduqlarınızı təhlil edin, nəyə can atdığınızı götür-qoy edin.
Qarşıda maraqlı və cazibədar perspektivlər var. Hələlik informasiya toplayın, yeniliklərə zəmin hazırlayın.
Çətinliklərin öhdəsindən gəlin ki, həyatınızda nizam və qayda hissi yaransın.
Axşam saatlarında önəmli görüş, söhbət və ya toplantı olar. Ev işlərinə qatılın. Qohumlardan birinə yardım etməyi unutmayın.
Balıqlar - cari işlərin yerinə yetirilməsi, sənəd və hesabatların hazırlanması, müxtəlif instansiyalar nəzərdə tutulmuş vizitlərin gerçəkləşdirilməsi üçün yaxşı gündür.
Bu günə mühüm görüş və danışıqlar təyin etməyin. Ünsiyyət rəvan olacaq, amma konkret qərarların qəbulu çətinləşəcək.
Hansısa işdə problemlər yaranarsa, səbirsizlik etməyin, tələsməyin.
Təfərrüatları dəqiqləşdirin, zəruri məlumatların axtarışı ilə məşğul olun.
Daha uğurlu variantı seçmək imkanı istisna deyil.
Axşam saatlarında şəxsi işlərə daha çox vaxt ayırın. İstirahət edin, dostlarla ünsiyyətdə olun.
Sevdiyiniz insanla təmaslarda ünsiyyətdə emosiyaları gizlətməyin. Hiss və niyyətlərinizi əyan edin.
ŞƏRHLƏR