“Planet Parni iz Baku” KVN teatrının bədii rəhbəri, Azərbaycanın Əməkdar artisti Tahir İmanov deputat Fəzail Ağamalının “İmkan edib, təzə meyvələrdən ala bilmədim” açıqlamasına ironik yanaşıb.
Tahir İmanov deputatı parodiya edərək sosial şəbəkədə video yayımlayıb.
Əməkdar artist videoda deputatı ələ salaraq telefon zənglərini cavablayırmış kimi yamsılayıb. Gələn zənglərdə ona ünvanlanan sualları cavablayaraq: “Bentley” alırsan? Neçəyədir? 250 min? Yaxşı, al” desə də, bir digər zəngdə isə “başın xarab olub, 8 manata gilas olar?! Mənə 8 manata gilas lazım deyil. Məni bankrot etmək istəyirlər”, - deyərək lağa qoyub.
Sözügedən görüntüləri təqdim edirik:
Oxu24.com
ŞƏRHLƏR