Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
71059
az

Azərbaycanda korrupsiyaya son qoyulacaq? - Deputatdan AÇIQLAMA

19:1923 İyun, 2022
143
CƏMİYYƏT
  • A

Prezident İlham Əliyev “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022─2026-cı illər üçün Milli Fəaliyyət Planı”nın təsdiq edilməsi haqqında Sərəncam imzalayıb. Sənədə əsasən, “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı” təsdiq edilib.

Bəs bu sərəncamdan sonra ölkədə rüşvətin, korrupsiyanın tamamilə başa çatacağını gözləmək olarmı?

Mövzu barədə Redaktor.az-a danışan Milli Məclisin deputatı Fazil Mustafa qeyd etdi ki, əvvəllər də bu istiqamətdə sənədlər qəbul olunub:

“Bu sənədlər korrupsiyaya qarşı mübarizənin vacib atributlarından biridir ki, vaxtaşırı bu məsələ ilə bağlı dövlətin apardığı siyasətin önəmini göstərir. Yəni bu sahəyə yetirilən diqqətin vacibliyini burada qəbul edirik. Hesab edirəm ki, korrupsiyaya qarşı mübarizə daim aparılmalıdır. Hər hansı bir şəkildə səngimək olmaz. Çünki bu, gündəlik təzahürdür. İnsanların, xüsusilə də məmurların bu alışqanlığını dəyişmək mümkün deyil. Hər an ortaya böyük problemlər çıxara bilər. Büdcənin talan olunmasından tutmuş, layihələrin sıradan çıxarılmasına qədər korrupsiya elementləri daha açıq görünür. Hətta bəzən ordu quruculuğunda - Müdafiə Nazirliyində qədər korrupsiya elementləri aşkara çıxarıldı. Bunlar hamısı ardıcıl həyata keçirilməli məsələlərdir”.

Deputat bildirdi ki, korrupsiyanın birdəfəlik dayandırılması digər dünya dövlətlərində də mümkün deyil:

“Korrupsiya birdəfəflik harada dayandırıla bilər ki? Dünyanın heç yerində korrupsiya bitmir. Amerikada, Avropanın hansı ölkəsində korrupsiya dayandırılıb? Bu, mübarizədir. Bu mübarizədə də, söhbət korrupsiyanı minimuma endirməkdən gedir”. 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Beynəlxalq Maliyyə Korporasiyasının icraçı direktoru Azərbaycana gəldi
Heydər Əliyev Mərkəzində onlara ziyafət verildi -FOTO
Estetik cərrahlardan şikayət edən onlar imiş -FOTO

İsveçdə dəmir dövrünə aid qeyri-adi dəfn yeri tapılıb

18+

Məmurun nazir arvadları ilə intim görüntüləri yayılıb
İlan ilbisi yedi — Viral olan həmin video
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Ginekoloqların uşağı olmayan qadınlara tövsiyəsi: 1 toxumla 11 qayda çarədir
Qaxda ağır qəza - Azyaşlı öldü