Rusiyanın sabiq dövlət katibi, baş nazirin sabiq birinci müavini Gennadi Burbulis bu gün Bakıda 77 yaşında vəfat edib.
OXU24.COM TASS-a istinadən bildirir ki, G.Burbulis Bakıdakı otellərdən birində dünyasını dəyişib.
Xatırladaq ki, G.Burbulis Bakıya IX Qlobal Forumda iştirak etmək üçün gəlmişdi.
ŞƏRHLƏR