Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
70785
az

“Suçiçəyi peyvəndi meymunçiçəyinə qarşı da effektivdir” - ÜST

10:2414 İyun, 2022
134
  • A

OXU24.COM qafqazinfo-ya istinadən xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) elmi tədqiqatların nəticələri əsasında elan edib.

Qeyd edilib ki, suçiçəyinə qarşı peyvəndin mütəmadi tətbiqi 1980-ci ildə dayandırılıb və buna səbəb virusun kökünün kəsilməsinin elanı olub.

ÜST tərəfindən açıqlanıb ki, bu ilin may ayından başlayaraq Afrikadan kənarda rastlanan meymunçiçəyinə yoluxma hallarının heç biri ölümlə nəticələnməyib. Yoluxanların 90 faizi xəstəlikdən tam şəkildə sağalıb.

İndiyədək meymunçiçəyinə yoluxma halları dünyanın 28 ölkəsində aşkarlanıb (1300-ə yaxın yoluxma halı). Afrikada bu virus onillərdən bəri məlumdur və bu ilin əvvəlindən etibarən səkkiz Afrika ölkəsində ümumilikdə 1500 yoluxma və 72 ölüm halı qeydə alınıb.

Beynəlxalq qurum virusun bütün dünya üzrə yayılma ehtimalını cüzi hesab edir.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Qanda şəkərə nəzarət edən içki hazırlandı
Badımcan bu xəstəliklərin dərmanı imiş
Peterburqda Priqojinə abidə ucaldıldı

Alimlər Avropanın mərkəzində kütləvi at sümükləri olan yer tapıblar

18+

Gündə bir dəqiqə bu idman hərəkətini etməkcinsi aktivliyi artırır
Məktəb direktoru müəlliməyə qoyun dedi -  Müəllimin üstünə təcili yardım gəldi
Böyrək daşından əziyyət çəkənlərin diqqətinə! - Çarəsi bu meyvənin tumudur
3 nəfərin bank kartından oğurluq edənlər saxlanıldı