Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
70509
az

Özünü ölmüş kimi göstərən biznesmenin FOTOsu

17:1306 İyun, 2022
111
CƏMİYYƏT
  • A

Ötən il noyabrın 25-də Sabirabad rayonunun Bulduq kəndi ərazisində avtomobilində yanmış sümüklərinin tapıldığı bildirilən və bir neçə gün əvvəl paytaxtda sağ-salamat tutulan iş adamı Rafət Qəniyevin fotosu yayılıb.

OXU24.COM APA TV-yə istinadən ötən həftə Yasamalda tutularaq məsuliyyətə cəlb edilən biznesmenin fotosunu təqdim edir:

Qeyd edək ki, Baş Prokurorluq isə özünü ölmüş kimi göstərən biznesmenlə bağlı məlumat yayıb. Bildirilib ki, Sabirabadın Bulduq kəndi ərazisində yolun kənarında yanmış avtomobildə insan sümükləri qalıqlarının aşkar edilməsi barədə 25.11.2021-ci il tarixində məlumat daxil olub. İlkin araşdırma zamanı müəyyən edilib ki, Sabirabad-Qaragüney yolunda yanmış vəziyyətdə olan avtomobil 1980-ci il təvəllüdlü Rafət Qəniyevə məxsus olub.

Avtomobildən aşkar edilmiş sümüklərin Rafət Qəniyevə məxsus olub-olmamasını müəyyən etmək üçün məhkəmə-tibbi kriminalistik və məhkəmə genetik ekspertizası təyin edilib.

Aparılmış çoxsaylı araşdırma tədbirləri ilə Rafət Qəniyevin ölmədiyi, direktoru olduğu "Caspian İnşaat MB" MTK-ya məxsus Bakı şəhərində yerləşən binanın mənzillərinin satışında dələduzluq əməllərinə yol verdiyi üçün cinayət məsuliyyətindən yayınmaq məqsədilə qəsdən yandıraraq içərisinə mənşəyi bilinməyən heyvan sümüyü atmaqla yanıb ölməsi görüntüsünü yaratması müəyyən edilib.

Sabirabad Rayon Prokurorluğu və rayon polis şöbəsi əməkdaşları tərəfindən aparılmış tədbirlərlə Rafət Qəniyevin olduğu yer müəyyən edilərək saxlanılıb.

Hazırda faktla bağlı rayon prokurorluğunda araşdırma davam etdirilir.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Putin tərcüməçidən üzr istədi - VİDEO
Azərbaycanlı şairin son durumu açıqlandı - FOTO
Dönər alarkən bunlara diqqət etmək lazımdır

Universitetə ​​daxil olduqdan 70 il  sonra məzun oldu

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Bakıda tutulan Xəyalla bağlı şok fakt: Qadınlara qarşı...(VİDEO)
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Dəmirtaşın həbs cəzası 43 il 8 aya yüksəldildi