Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
70332
az

Keçmiş əri tərəfindən döyülən Mənzurə: "Hamilə qaldım..." - VİDEO

23:2902 İyun, 2022
260
ŞOU-BİZNES
  • A

"Yeddi il ailəli qaldım. Müalicə alırdım ki, övladım olsun, amma olmadı. Həkim söylədi ki, ana olmamağımın səbəbi məndən deyil. Nə olurdusa, elə məni müalicəyə göndərirdilər. Çox sayda iynələr vurulurdu, dərmanlar içirdim. Qaynanam mənə deyirdi ki, niyə sənin uşağın olmur? Anlayırdım ki, onlar da bu vəziyyətdən narahatdırlar. Yeddi il hər gün eyni sözü eşidirdim - "Niyə uşağınız olmur?" Nəticədə ayrılıq oldu".

OXU24.COM bizim.media-ya istinadən xəbər verir ki, bu sözləri müğənni Mənzurə Musayeva qonaq olduğu "1 Dəqiqə" verilişində deyib.

Sənətçi ana olmamasının səbəbini özündən deyil, ərindən qaynaqlandığını bildirib.

"Həyat yoldaşım özü də bilirdi ki, uşağımızın olmaması ondan qaynaqlanır. Bunu özü mənə deməzdən əvvəl bilirdi. Ailə qurandan 6 ay sonra nə qədər müalicələr aldım. Qəbul etdiyim dərmanlar bir yerə xeyir, bir yerə ziyan edirdi".

Mənzurə qısqanclıq səbəbi ilə həyat yoldaşı tərəfindən dəfələrcə döyüldüyünü etiraf edib.

"Həyat yoldaşım mənə əl qaldırırdı. O, çox qısqanc idi. Məni daşa, divara da qısqanırdı. Evdə bir söz deyən kimi, aləm bir-birinə qarışırdı. Əl qaldırandan sonra, önümdə diz çöküb yalvarıb, ağlayırdı. Söyləyirdi ki, məni atıb getmə, sənsiz yaşaya bilmirəm.

Ailə qurduqdan sonra ona qarşı olan sevgim bitmişdi. Peşman oldum. Onun xasiyyəti mənim xasiyyətimə tərs idi. Sanki o mənim günahım idi. Özümə deyirdim ki, bu nədir, necə bura gəlib düşmüşəm?

Bu insan məni atmaq istəmirdi. Ondan ayrılsam da, o sonra yenə gəldi və dedi ki, gəl barışaq. Şüşə sındı, bitdi. Burada nə barışmaq?"

Musayeva keçmiş həyat yoldaşının hazırda ailəsi olduğunu da söyləyib:

"Hazırda həyat yoldaşımın ailəsi var. Övladının olub-olmaması ilə bağlı məlumatım yoxdur. Sənətçi həyat yoldaşından ayrıldıqdan sonra hamilə qaldığını, lakin doğulmamış övladını tələf etdiyini açıqlayıb.

"Atasız uşaq dünyaya gətirə bilməzdim. Biz o ərəfədə artıq ayrılmışdıq. Həyat yoldaşım hamilə olduğumu bilmirdi. İllər keçsə də, o mənim hamilə olduğumu bilmədi. Həkim mənə söylədi ki, ola bilər ki dünyaya gətirəcəyin övlad problemli olsun.

Qərar verdim və uşağı dünyaya gətirmədim. Günah özümdədir. Həkim deməsəydi, mən uşağı məhv etməzdim. Sonra həkim dedi ki, mən bir daha ana olmayacağam".

M.Musayeva o ərəfələrdə intihar etmək istədiyini də dilə gətirib:

"Yoldaşımdan ayrılandan sonra həyatdan küsmüşdüm. Canıma qəsd etmək istəyirdim".

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Xalq artisti məhkəmədən sonra nələr dedi? - "Onun aldığı maaşın 3 qatını verməsəm kişi deyiləm" - VİDEO
Lalə Azərtaş arıqlayıb tanınmaz hala düşdü - FOTO
Mənzurə estetik əməliyyatından narazı qaldı - "7 saat "narkoz"da qaldım ki..." VİDEO

Dənizin dibindən keçən avtomobil yolu - FOTO

18+

Tələbələri porno videolara çəkən şəxs tutulub
Meyxanaçı Xəyyam Əhmədli dəfn olundu -VİDEO
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
COVID-19 dağınıq skleroz üçünrisk        faktoru           ola         bilər
Ərini öldürdü