ABŞ Prezidenti Co Bayden ABŞ-ın Ukraynaya "Rusiyaya çata biləcək qədər uzaqmənzilli" raketlər göndərəcəyi ilə bağlı iddiaları təkzib edib.
OXU24.COM "qafqazinfo"ya istinadən xəbər verir ki, Prezident Bayden bu haqda jurnalistlərin suallarını cavablayan zaman danışıb.
ABŞ-ın Ukraynaya yüzlərlə mil məsafə qət edə bilən uzaqmənzilli raketlər göndərməyi planlaşdırdığına dair iddialara cavab verən Bayden, "Ukraynaya Rusiyanı vura biləcək uzaqmənzilli raketlər göndərməyəcəyik" deyib.
ABŞ mətbuatında yer alan iddialarda Ukrayna səlahiyyətlilərinin uzun müddətdir "Çoxlu Raketatar Sistemi" adlı uzaqmənzilli raketlər istədiyi və ABŞ rəhbərliyinin bu məsələni dəyərləndirdiyi iddia edilib.
Oxu24.com
ŞƏRHLƏR