Bakı-Ələt yolunun 54-cü km-də baş verən avtomobil qəzası nəticəsində yaralanan 7 nəfər Kliniki Tibbi Mərkəzə gətirilib.
Bu barədə Kliniki Tibbi Mərkəz məlumat yayıb.
Yaralılardan 6-sı qadın, 1-i kişi olub. Gətirilən yaralıların hər birinə ilkin tibbi yardım göstərilərək evə buraxılıb.
Yaralıların verdiyi məlumata görə, hadisə mikroavtobusun aşması nəticəsində baş verib.
Qeyd edək ki, xəsarət alanlar qohum olub və Bakıya toya gələrkən qəzaya düşüblər
Oxu24.com
ŞƏRHLƏR