Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
69888
az

Meymunçiçəyi ilə bağlı VACİB XƏBƏRDARLIQ: 42 yaşından aşağı olan şəxslər...

22:1325 May, 2022
991
TİBB
  • A

Koronavirus bəlasından canımız yenicə qurtarırdı ki,  indi də meymunçiçəyi xəstəliyi barəsində xəbərlər gəlməkdə davam edir. Düzdür, hələ ki, ölkəmizdə bu xəstəliyə rast gəlinməyib. Ancaq istənilən halda xəstəliklə bağlı məlumatlar hər kəsdə narahatlıq yaradır. Professor Adil Qeybulla 42 yaşından aşağı olan insanları daha diqqətli olmağa səsləyib. O həmçinin, ölkəmizdə  bu xəstəliyə qarşı peyvənd ehtiyatı yaradılmasının vacibliyindən də danışıb. 

Təbii çiçəyə qarşı peyvəndi olanlar meymunçiçəyinə ya yoluxmurlar, yoluxsalar belə çox yüngül keçirirlər. Tibb elmləri doktoru  Adil Qeybulla belə bir açaqlama verib. Professor bildirib ki, peyvəndi olmayanlar üçün problem daha böyükdür. Adil Qeybulla, xüsusilə, yaşı  42-dən aşağı olanları daha diqqətli olmağa səsləyib.

Professor bildirib ki, bu xəstəliyə yoluxmamaq üçün insanların immun sistemi yüksək olmalıdır. Bunun üçün vaxtında müdaxilə mütləqdir.Buna görə ölkəmizdə sözügedən xəstəliyə qarşı peyvənd ehtiyyatı yaradılmalıdır.  Çünki, təkcə meymunçiçəyi deyil, təbii suçiçəyin özü də baş qaldıra bilər. Buna görə də, qısa müddətdə karantin və profilaktik tədbirlər görülməlidir. Virusa yoluxmuş şəxslər özlərini vaxtında təcrid edib, başqa insanlarla ünsiyyətdən çəkinsələr virusun yayılma faizi az olar.

Adil Qeybulla bildirib ki, meymunçiçəyi virusu da təbii suçiçəyi ailəsinə daxildir. İlk dəfə bu xəstəlik Konqo respublikasında baş qaldırıb. Amma  virusun identifikasiyası Danimarkanın Kopenhagen şəhərində keçirilib. Bu zonatik bir virusdur. Yəni heyvandan insana transfer edilir və əsasən kontakt yolu ilə həyata keçirilir. Çox az hava-damcı yolu ilə keçir.  Koronovirusdan fərqli olaraq bu virusun mutasiyaya uğrama riski azdır.

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Xərçəngin riskini 30% azaltmaq üçün həftədə 2 dəfə yeyin — MÖCÜZƏVİ MƏHSUL
Qoz qabığını qaynadıb suyunu saçınıza çəkin: Görün nə olacaq— QAYDASI
Tərkibində ən çox B12 vitamini olan qidalar BUNLARDIR

Dənizin dibindən keçən avtomobil yolu - FOTO

18+

Tələbələri porno videolara çəkən şəxs tutulub
Ev belə partladı - VİDEO
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Son 37 ildə qeydiyyata düşən İİV xəstələrinin    sayı      açıqlandı
Daha tez-tez yerkökü və pomidor yeyin