Rusiya Prezidenti Vladimir Putin Aleksandr Kurenkovun Rusiya Fövqəladə Hallar Nazirliyinin rəhbəri təyin edilməsi haqqında fərman imzalayıb.
Bu barədə “Kremlin” məlumat yayıb.
“Rusiya Prezidenti Vladimir Putin general-mayor Aleksandr Vyaçeslavoviç Kurenkovu Rusiya Federasiyasının mülki müdafiə, fövqəladə hallar və təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması naziri təyin edib”, - məlumatda bildirilib.
Bu gün səhər saatlarında Kurenkovun Fövqəladə Hallar Nazirliyinin rəhbəri vəzifəsinə namizədliyi Federasiya Şurası tərəfindən təsdiqlənib.
Qeyd edək ki, Rusiya FHN-nin əvvəlki rəhbəri Yevgeni Ziniçev 2021-ci il sentyabrın 8-də Norilskdə Arktika təlimləri zamanı kinorejissor Aleksandr Melniki xilas edərək dünyasını dəyişib. Bundan sonra onun səlahiyyətlərini nazirin birinci müavini Aleksandr Çupriyayan icra edib.
Oxu24.com
ŞƏRHLƏR