Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
69844
az

Günün qoroskopu: Əsəblərin tarıma çəkildiyi bir dönəmdə təmkinli davranın, səbrli olun25 May 2022

00:2025 May, 2022
337
CƏMİYYƏT
  • A

Qoç - çoxdan bəri yığılan işlər, hisslər və emosiyalarda güclü irəliləyiş olacaq. Hissləriniz dayanıqlı deyil.

Kənar təsir planlarınızı alt-üst edə bilər. Qəfil addım, etiraf, yaxın insanla mühüm söhbət ola bilər. Ətrafınızdakı insanların qayğısına qalın.

Əlavə işlərlə ifrat dərəcədə məşğul olmayın. İkinci dərəcəli işləri təxirə salın.

Gözlənilməz hadisə, emosiyaların partlayışı gərginliyin kritik həddə çatdığını göstərir.
İşlərin intensivliyini bir qədər azaldın. Təhlükəli dönəmdə diqqətli davranın.

Buğa - aktiv, enerjili iş günüdür. Nəzərdə tutulmamış situasiya yarana bilər. Avantürizmə varmayın. Ekstrimsiz çalışın, təmir işlərini təxirə salın.

Sizi həyəcanlandıracaq informasiya ala bilərsiniz. Bu məlumat fəaliyyət planınızı və ya kiminsə barədə fikrinizi dəyişə bilər.

Sizə əziz insanla münasibətlərini qoruyun. Anlaşılmazlıq və ya mübahisə yaranarsa, barışın, güzəştə gedin.

Ev işləri ilə məşğul olun.
Elektron əşyalarla "eksperiment" aparmayın, kompüteri qoruyun.

Səfər və ya aviauçuşlar məsləhət deyil.

Əkizlər - təşəbbüs, aktivliyin izharı, danışıqlar aparılması üçün uğurlu gün deyil. Xoşagəlməz təfərrüatlar, intriqalarla qarşılaşacaqsınız. Diqqəti cari işlərə yönəldin. Maliyyə və pul ilə bağlı məsələlərdə səhvə yol verməyin.

İndi görüləcək işi və ya başa vurulacaq bərpanı, təmiri təxirə salmayın.
Axşam saatlarında münasib ortamda istirahət edin.

Xərçəng - kursun dəyişməsi zamanıdır. Hesablamadığınız işlər, gözləmədiyiniz hadisələr yaşanacaq. Təşəbbüskar olmayın, cari işlərlə sakit şəkildə məşğul olun.

Önəmli heç nə baş verməsə belə, yeni təmayüllərə hazır olun. İdeyalar və niyyətləri gerçəkləşdirməyin yollarını arayın.

Risk etməyin. Səfər və səyahəti, evdə təmiri təxirə salın, kompüteri qoruyun. Yeni təəssüratlardan qaçmayın. Bu günün ideyaları çox maraqlı təsir bağışlasa da, onları gerçəkləşdirməyə tələsməyin.

Şir - gərgin və qarışıq gün olacaq. Yaxın ətrafınızdakı insanlarla münasibətlərdə qəfil məqamlar, istənməyən münaqişələr yarana bilər. İstənilən məsələdə mütləq şəkildə sizin fikrinizin apriorluğu şərt deyil. Eqoizm və təşəxxüs əleyhinizə işləyəcək.

Problemlərə reaksiyada ifrat dərəcədə emosional olmayın.
Günün ikinci yarısında aktivliyi bir qədər azaldın, təşəbbüsləri təxirə salın. Cari məsələlərin həlli ilə məşğul olun.

İş məhsuldarlığınız yüksək olsa da, özünüzü yormayın. Səhhətlə bağlı problemlər istisna deyil. Yardım və ya qayğı təklifi olarsa, inad etməyin. Əlavə işə razılaşmayın. İşinizin zəif məqamlarını nəzarətdə saxlayın.

Evdə təmir işlərini təxirə salın.

Qız - əməkdaşlıq və ya tərəfdaşlıqda çevriliş ola bilər. Olayların ciddilik və önəm səviyyəsi əvvəllər formalaşmış şərtlərdən asılıdır. Yeni təkliflər alsanız, düşünün, perspektivlərinizi dəyərləndirin.

İnadkarlıq etsəniz və absolyut həqiqət daşıyıcısı olduğunu düşünsəniz şəxsi münasibətlərinizdə ciddi problemlərin yaranması, sərinləşmə istisna deyil. Mürəkkəb intellektual məsələlərin həlli üçün əlverişli gündür.

Təşəbbüs zamanı deyil. Cari işlərlə məşğul olun. Səfər və səyahətə aludə olmayın.

Tərəzi - qəza riskinin az olmadığı gündür. Yaxın ətrafınızdakı insansanlarla münasibətlərdə gərginlik hiss olunacaq. Karmik düyünlər üzə çıxacaq, hadisələr sürətlənəcək. Sizə əhəmiyyətli münasibətlərin batininin bəzi nüansları aşkarlanacaq.

Qərar verərkən tərəfdaşın reaksiyasını diqqətlə izləyin. Bədbin və hirsli olmayın, impulsiv addımlar atmayın.

Yeni mövzu başlanacaq, yeni tədqiqatlara maraq oyanacaq. Səfər və ya səyahətdə ehtiyatlı olun.

Evdə təmiri, xüsusilə də elektriklə bağlı işləri təxirə salın.

Əqrəb - hadisələrdə proqnozlaşdırılmamış dönüşlər, qəfil xəbərlər, maraq dairəsinin yenilənməsi günüdür. Səfər, aviauçuş, səyahət məsləhət deyil. Tərəfdaşla əlaqələr və təmaslar aqressiya, stresə səbəb ola bilər.

İntellektual fəaliyyət, çətin problemlərin həlli üçün əlverişli gündür. Riskin olduğu sahələrdə ehtiyatlı davranın və arzuolunmaz nəticələri istisna edin. Hiyləgərlik etməyin, başqalarının həssas nöqtələrinə toxunmayın, səbrli olun.

Sevdiyiniz işlə məşğul olun, problemlərin sayını artırmayın.

Oxatan - işbirliyinə dəyər verdiyiniz tərəfdaşlarınıza qarşı iradların sayını azaldın. Problemlərin işinizə ciddi maneələr yaratdığı müstəvilərdə radikal addımlar ata bilərsiniz. Bu gün nəyinsə dağılması və ya arxada qalması istisna deyil.

İşlərdə və şəxsi münasibətlərdə eksperimentlərə can atmayın.
Təhlükəsizliyinizi təmin edin, təlimatları və qaydaları pozmayın. Axşam saatlarında tanımadığınız yerə yollanmayın, ətrafdakı insanlara öz fikirlərinizi təlqin etməyin.

Sərt və aqressiv davranmayın.
İşlərin rəvan məcrasına yenilik və dəyişikliklər etməyə tələsməyin. Emosiyaların təsiri altında hərəkət etməyin. Şəxsi münasibətlərdə inciklik üçün səbəb aramayın.

Tərəfdaşın səhvlərini bağışlamağı bacarın.

Oğlaq - yenildənqurma, gələcəklə bağlı yeni planların formalaşması sərt, rəqabətin kəskinləşdiyi şəraitdə gedir.

İntuisiyanın dediklərinə diqqətli olun. Fəaliyyət və hərəkət istiqamətlərinizi dəyişə biləcək olaylara diqqətli olun, zərurət yaranarsa, onların məcrasını dəyişməyə cəhd göstərin. Tərəfdaşlıqda, işgüzar və şəxsi münasibətlərdə yeniliklər istisna deyil.

Fəaliyyətinizlə belə dəyişikliklərə zəmin yaradın.
İşlər və şəxsi məsələlərdəki uğurlarınız indi qəfil situsiyalar, dəyişikliklər sınağından keçir.

Yaşamınıza daxil olan nəsnənin qarşısını almayın. Ətalətdə olan işi aktivləşdirmək, perspektivləri müəyyənləşdirmək zamanıdır.

Dolça - işdə aktivlik səviyyəsini bir qədər aşağı salın. İnformasiya və texnika ilə işdə yolverilməz dərəcədə sərbəst davranmayın. Kollektivdə münaqişə yaranan kimi onun qarşısını alın, böyüməsinə imkan verməyin.

Ambisioz insanın işlərinizə müdaxilə və sizə təsir cəhdləri ilə üzləşsəniz dərhal cavab verməyə tələsməyin. Təfərrüatları, bu insanın niyyətini və planlarını öyrənməyə çalışın.

Ətrafınızdakı insanları açıqlama, qərar və ya tələbinizlə heyrətləndirməyin.
İlkin etiraz impulslarını cilovlaya bilsəniz, böyük üstünlük qazanacaq, enerjinizi konstruktiv məcraya yönəldəcəksiniz.

Balıqlar - təklifləriniz yetərincə dəyərləndirilməyəcək. Çətin gündür. Məşğul olduğunuz məsələlərdən birində nəzərdə tutulmamamış çətinlik yarana bilər.

Yaxın insanlar sizi tam anlamır, əlavə yük və qayğılar "hədiyyə" etmək istəyirlər. Əsəblərin tarıma çəkildiyi bir dönəmdə təmkinli davranın, səbrli olun.

Fiziki iş və ya gəzinti əsəblərinizi normallaşdırmağa yardım edəcək.
Səfər və ya səyahətləri minimuma endirin.

Şəxsi münasibətlər üçün uğurlu gün deyil. Hadisələri tələsdirməyin. Ailə üzvləri ilə münasibətləri aydınlaşdırmağa çalışmayın.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Günün ULDUZ FALI -Subayları romantik görüş gözləyir
Bu bürc böyük uğur qazana biləcək - yüksək gəlir əldə edəcəklər
2024-ün ən şanslı 3 bürcü açıqlandı

Misirdə qədim abidə tapılıb

18+

Köpəkbalığı qadına hücum etdi - VİDEO
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Bu xəstəxanaya baş həkim təyin edildi- Foto
İnstaqramda tanış olduğu 13 yaşlı qızı aldadıb 80 min aldı- Özünə biznes qurdu