Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
69827
az

Ermənilər üçün şok zərbə: Xankəndidə bütün adlar Azərbaycan dilində yazıldı

22:0324 May, 2022
2361
REDAKTORUN SEÇİMİ
  • A

“Google maps” Azərbaycan xəritəsində dəyişiklər edib. Belə ki, proqram Vətən müharibəsində işğala son qoyulduqdan sonra Azərbaycan əraziləri ilə bağlı adları yeniləyib, Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərimizdə erməni dilində yazılan adlar dəyişdirilib.

Artıq inzibati bina, xidmət, təhsil müəssisələri, küçə adları Azərbaycan dilində yazılır. Ermənilərin narazılığına səbəb olan bu dəyişiklik sosial şəbəkələrdə də müzakirə olunub.

Üstəlik onları daha çox narahat edən məqam isə qondarma paytaxtlarının adının “Stepanakert” deyil, “Xankəndi” yazılması olub. Xəritəyə baxdıqda inzibati binaların “Tarix-Coğrafiya Muzeyi”, “Xankəndi stadionu”, “poçt”, “dövlət universiteti” və s. kimi yazıldığını görmək olar.

Xatırladaq ki, Vətən müharibəsindən öncə bu adlar ya ingilis, ya rus, ya da təkcə erməni dilində yazılırdı. Azərbaycan dilində heç bir ad yox idi. 

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Axtarışda olan İlhamə saxlanıldı - RƏSMİ
Bu rayonlarda qaz olmayacaq - XƏBƏRDARLIQ
Polis Bakıda tutulan Lalə ilə bağlı əhaliyə müraciət etdi (VİDEO)

Universitetə ​​daxil olduqdan 70 il  sonra məzun oldu

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Bakıda tutulan Xəyalla bağlı şok fakt: Qadınlara qarşı...(VİDEO)
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Dəmirtaşın həbs cəzası 43 il 8 aya yüksəldildi