Elan saytlarının birində 1 manatlıq əskinas, 1000 manata satışa çıxarılıb. 1 manatlıq əskinasın, gündəlik xərclədiyimiz və ya gördüyümüz əskinaslardan heç bir fərqi yoxdur.
Bakı sakini Səbuhi Hüseynov "Xəzər Xəbər"ə bildirib ki, ilk dövriyəyə buraxılan pul əskinaslarına kolleksiyaçılar xüsusi həssaslıqla yanaşır.
Sözügedən manatı satmağına səbəb isə kolleksiyasına yeni əskinaslar qatmaqdır.
5 ildir bu işlə məşğul olan Səbuhi deyir ki, 7-ci seriyalı 1 manatlıq da ondadır. Hələlik onu satmağı düşünmür.
Səbuhi Hüseynovun kollekiyasında müxtəlif illərdə dövryəyə buraxılmış pullarla yanaşı xüsusi hazırlanmış əskinaslar, qəpiklər də yer alır. Qeyd edək ki, onun bu kolleksiyası arasında 1000 manata satışa çıxardığı 1 manatlıq əskinas hələ satılmasa da, artıq zəng edib maraqlananlar var.
Oxu24.com
ŞƏRHLƏR