Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
69755
az

“Səlimin səhhəti çox pisdir, dünəndən ağlayırıq” - Atası

19:2723 May, 2022
219
REDAKTORUN SEÇİMİ
  • A

"Səlimin xəbərini eşidəndən özümüzə gələ bilmirik. Dedilər səhhəti çox pisdir. Dünəndən ağlayırıq, əlimizdən dua etməkdən başqa heç nə gəlmir".
 
Oxu24.com  xəbər verir ki, bunu sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun atası Yanvar Müslümov modern.az-a açıqlamasında bildirib. O, oğlunun hansı xəstəlikdən əziyyət çəkdiyini açıqlayıb: "Səlimin təzyiq, şəkər problemləri var idi. Bizdə bu xəstəliklər irsidir. Atam da təzyiqdən rəhmətə getdi. Kiçik qardaşım "Narxoz"da oxuyanda cavan yaşında o xəstəlikdən keçindi. Mən özüm danışmasam da, uşaqlar həkimlərdən xəbər alır. Deyirlər ki, təzyiqi, şəkəri çox yüksəlib, amma həkimlər nə lazımdırsa, edirlər. Allaha pənah, inşallah sağalar".

Qeyd edək ki, S. Müslümov 1 ildən çoxdur ki, həbsdədir. O, ötən ilin fevralında DTX tərəfindən saxlanılıb. Sabiq nazirə Cinayət Məcəlləsinin 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2-ci və 311.3.3-cü maddələri (təkrar külli miqdarda rüşvət alma) ilə ittiham elan olunub. O bir neçə gün öncə səhhətindəki problemlərə görə, saxlanıldığı DTX təcridxanasından Penitensiar Xidmətin müalicə müəssisəsinə köçürülüb.

S.Müslümov 2013-2021-ci illərdə əmək və əhalinin sosial müdafiəsi naziri işləyib.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Cücələrə su verən qadın faciəli şəkildə öldü
DİN Gəncədə baş verən hadisə ilə bağlı açıqlama yaydı
Baş verə biləcək sel və daşqınlarla əlaqədar əhaliyə çağırış edilib

Kök insanlar bu xəstəliyə yoluxmur - Maraqlı fakt

18+

İlon Mask cinsi təcavüzdə ittiham olunur
Bakıda tutulan 14 nəfərin şok əməli üzə çıxdı - VİDEO
Məktəb direktoru müəlliməyə qoyun dedi -  Müəllimin üstünə təcili yardım gəldi
Bu vərdişlər hər 4 nəfərdən 1-ni öldürür - Təcili tədbir görülməlidir!
İsmayıllıda 47 yaşlı qadın faciəvi şəkildə öldü