Toy menyularının qiymətləri artıb. Səbəb isə aydındır: ərzaq məhsullarının bahalaşması...
Əvvəllər 40 manata olan menyuları artıq tapmaq çətin məsələdir. Ucuz menyu tapmaq üçün isə menyudan bir sıra yeməkləri çıxarmalı olacaqsınız. Bəs ümumiyyətlə toy menyularının qiymətlərində artım nə qədərdir?
OXU24.COM xəzər tv-yə istinadla xəbər verir ki, son aylar ərzində ərzaq qiymətlərində baş verən artım toy sektoruna da təsirsiz ötüşməyib. Ərzaq məhsulları bahalaşdığından şadlıq evlərində də menyuların qiyməti artıb.
Toy sektorunda bahalaşmanın təxminən 10-15 faiz arasında olduğu deyilir. Şadlıq evi müdiri Fərid Adıgözəlov deyir ki, qiymət artımı son 2-3 ay ərzində baş verib.
Müştərinin istəyinə uyğun olaraq daha aşağı qiymətə menyular da təqdim etmək olur. Bunun üçün isə menyudan bəzi yeməklər çıxarılır.
Yaxın vaxtlarda qiymətlərdə düşmənin olacağı gözlənmir. Toy sektorundan işləyənlər deyirlər ki, ərzaq və digər xərclərin bahalaşması bu templə davam edərsə, nəinki ucuzlaşma, bundan sonra bahalaşmanın olacağı da istisna edilmir.
Oxu24.com
ŞƏRHLƏR