Sarımsaq ən güclü təbii antibiotikdir. Sarımsağı yedikdən 24 saat sonra belə onun orqanizmdə aktiv fəaliyyəti davam edir. Sarımsaq orqanizmi parazitlərdən və toksinlərdən təmizləyir və daxili orqanlardakı xroniki xəstəliklərin patoloji təsirini azaldır. Sarımsaq daxili orqanları təmizləməklə onları cavanlaşdırır və fəaliyyətini sürətləndirir. Lakin sarımsağın faydalı olduğunu bilərək belə bəzi adamlar onun kəskin iyindən xoşlanmadıqları üçün istifadə etmirlər. Sizə sarımsağın iyi və dadı ətrafdakıları narahat etməsin deyə sizə onu necə yeməyi öyrətmək istəyirəm. 2-3 gün ardı-ardına sarımsaq yeməyin orqanizmdə bir çox faydası dəyməsinə baxmayaraq ondan uzaq qaçanlar bu vasitə ilə istədikləri qədər sarımsaq yeyə bilərlər. Çünki sarımsaq insana aşağıdakı sağlamlıqları bəxş edə bilir:
* qanda xolesterini azaldır
* arteriya damarlarını təmizləyir
* arterial təzyiqlə əlaqədar olan problemlərimizi həll edə bilir
* parazitləri məhv edir
* diabet xəstələrinə fayalıdır
* immuniteti artırır
* yorğunluğu aradan qaldırır.
Sarımsağın iyindən uzaq qaçanlar isə onun buğda bişmişindən və ya qızardılmışından istifadə edə bilərlər. Bunun üçün sarımsağın baş hissəsindən elə kəsmək lazımdır ki, bir baş sarımsağın içində olan bütün sarımsaq dişciklərinin başı çöldə qarsın. Sonra sarımsaq duxovkaya qoyulur və ya yağda qızardılır.
ŞƏRHLƏR