2009-cu ildə 54-cü "Avroviziya" müsabiqəsində Azərbaycanı "Always" mahnısı ilə təmsil edən müğənni Aysel Teymurzadənin arxiv videosu yayılıb.
OXU24.COM big.az-a istinadən xəbər verir ki, 16 yaşında "Yeni Ulduz 4" layihəsində iştirak edən Aysel "Kölgən olaram" mahnısıyla izləyicilərin rəğbətini qazana bilib.
Onun həyəcan dolu ilk çıxışını əks etdirən həmin videonu təqdim edirik:
Qeyd edək ki, Bakıda doğulan Aysel Teymurzadə 9 yaşında incəsənət məktəbinə daxil olub, 12 yaşında məktəbin həndbol komandasına üzv olub. O, uşaq yaşlarından xarici dilləri öyrənməyə başlayıb və hazırda alman, ingilis, ispan, rus, türk dillərində danışa bilir. 14 yaşından xoreoqrafiya ilə məşğul olub. 2001-2005-ci illərdə Aysel fortepiano dərsləri alıb. 2004-cü ildə ABŞ-ın Texas ştatında "High School"a daxil olub və 2004-2005-ci illərdə orada təhsil alıb. Həmin müddət ərzində Teymurzadə ABŞ-da gənclərin musiqi müsabiqəsində iştirak edib və qızıl medal qazanıb. 2006-cı ildə Vətənə qayıdan Aysel Bakıda "İntellekt" Liseyini bitirib. Azərbaycana qayıtdıqdan sonra o, "Yeni Ulduz 4" layihəsində iştirak etməklə geniş tamaşaçı kütləsinə tanınıb.
Xatırladaq ki, Aysel Teymurzadə 2012-ci ildə Azərbaycan Dövlət Filarmoniyasının direktoru pianoçu Murad Adıgözəlovla ailə həyatı qurub. Cütlüyün 2012-ci il təvəllüdlü qızı, 2014 və 2016-cı il təvəllüdlü isə oğlan övladları var. Ailə həyatı qurandan sonra Aysel səhnədən uzaqlaşıb.
Oxu24.com
ŞƏRHLƏR