Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
68689
az

Türkan Vəlizadə Pərviz haqda: Əlimi "Quran"a qoyum ki, bizi yalnız... - VİDEO

08:4423 Aprel, 2022
985
ŞOU-BİZNES
  • A

Hər evdən, toydan çıxdığım zaman güvən hissi duymaq istəyirəm ki, yanımda məni sevən insan var. Əsas odur ki, məni sevsin. Məni nələrəsə görə sevməsin, özümü sevsin. Pul qazanır, dolanışığı yaxşıdır, heç bir şeydən əziyyət çəkmir deyə bu kimi məqamlara görə yox Türkan Vəlizadəni özü kimi sevsin. Ən əsası da hörmət etsin, mənə güvənsin. Çünki güvən ən önəmli şeydir. Güvən olandan sonra hər şey yaxşı olacaq".


 
Bu sözləri müğənni Türkan Vəlizadə "MTV Maqazin" proqramında deyib.
Tezliklə ailə qurmaq istəyən müğənni yanında görmək istədiyi bəyi belə təsvir edib.
"Mən sevsəm, əsas olan odur ki, mənim ürəyimə yatan insan olsun. Ürəkli oğlan olsun. Desin ki, səni sevirəm. Zamanla mənə olan sevgisini göstərsin, doğrultsun bu sevgisini. Qaldı ki görkəmə, bu işlər həll olunandır. Deyirlər ki, bir bəyin yaraşıqlı olmağı çox vacibdir.
Mənim üçün əsas bir bəyin ağlı, zəkasıdır. Ailəsini dolandırmaq üçün heç olmasa mənə dəstək olmalıdır. Demirəm ki, maddi baxımından imkanları çox olmalıdır. Amma ailəsini dolandırıb, mənə dəstək olması çox önəmlidir".
"Pərvizlə eşq yaşayır" iddialarını yalanlayan Vəlizadə bu şayiələrdən boğaza gəldiyini və depressiya keçirdiyini bildirib.
"Bu söz-söhbətlərdən bezmişəm. Məhz bu söhbətlərə görə də depressiya keçirirəm. Deyirlər ki, Pərvizlə duet oxuyursa, deməli şəxsi münasibətləri var. Çox ayıbdır belə şeylər danışmaq. Biz duet oxuyuruqsa, bu o demək deyil ki, aramızda şəxsi münasibətlər var.
Bu söhbətlərə son qoyulsun. Pərviz ailəli bəy, mən isə subay xanımam. İlk gündən duet oxuyan zamandan bəri bu günə kimi bizi yalnız sənət birləşdirir. Ekrana çıxıb, əlimi "Quran" kitabına qoyum ki, bizi yalnız duet ifalarımız birləşdirir?! Burada başqa söhbət ola bilməz. Toydan ayrıldıq, məkanın qapısından çıxdıq bizdə hər şey bitir.
Türkan ətrafında dolaşan xoşaqəlməz dedi-qodular ucbatından ailəsində problemlər yaşadığını etiraf edib.
"Uşaqlıqdan bu günə kimi valideyinlərim və bacılarımla yaşamışam. Tək yaşamağı da sevmirəm. Ailəmin başını uca tutmaq üçündə əlimdən gələni edirəm, edəcəyəm də"- deyə Türkan bildirib.

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Pərviz Bülbülə duet ortağı ilə deyişdi: "Kaş əvvəlki Türkan ola..." -VİDEO
Damlanın xəstəxanadan görüntüləri yayıldı -VİDEO
"Demək istəyirsən ki, mənim kimi eybəcər efiri zəbt edib?"

Yumurtanı belə yeməyin: Faydadan çox zərər verir

18+

Məmurun nazir arvadları ilə intim görüntüləri yayılıb
Rus ordusuna qarşı vuruşan erməni görün harada ələ keçirildi (VİDEO)
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Tərkibində ən çox B12 vitamini olan qidalar BUNLARDIR
Göyçayda 3 otaqlı ev yanıb