Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
68684
az

ABŞ-dan Bakıya xüsusi cihaz gətirildi - GÖRÜN NƏYƏ NƏZARƏT EDİR...

21:5522 Aprel, 2022
2021
  • A

ABŞ-ın Bakıdakı səfirliyi bu ay rəsmi olaraq “Hava Keyfiyyətinin Monitorinqi Proqramı”na (AQMP) start verəcək.

AQMP-yə ABŞ Ətraf Mühitin Mühafizəsi Agentliyi (EPA) tərəfindən sertifikatlaşdırılmış ölçmə aləti (MET One BAM 1020), real vaxt rejimində hava keyfiyyəti indeksi vebsaytı və səfirliyin vebsaytına yerləşdirilmiş məlumat daxildir.

AQMP davamlı olaraq səfirlikdən kənarda havadakı incə hissəciklərin (PM2.5) səviyyəsini izləyərək qeyd edəcək və toplanmış məlumatları davamlı şəkildə EPA tərəfindən yaradılmış “Hava Keyfiyyəti İndeksi” (AQI) şkalasına çevirəcək.

Bu məlumat ictimaiyyət üçün açıqdır və yerli səhiyyə nümayəndələri və Azərbaycan hökuməti də daxil olmaqla bütün Bakı sakinlərinin faydalanması üçün nəzərdə tutulub.

ABŞ-ın 30-dan çox ölkə və 50-dən çox şəhərində səfirliklər və konsulluqlar çirklənmə səviyyəsini izləyir, havanın keyfiyyəti ilə bağlı məlumatları yayır.

ABŞ tərəfindən yerləşdirilən məlumatları Dövlət Departamenti EPA-nın “AirNow” platformasında həftənin yeddi günü, günün isə 24 saatı əldə etmək olar.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Arktikanın yenidən dondurulması planı hazırlanır
İlk minatür 3D printer yaradıldı
Türk alimdən xəbərdarlıq: Dəhşətli istilər gəlir...

Arktikanın yenidən dondurulması planı hazırlanır

18+

Gündə bir dəqiqə bu idman hərəkətini etməkcinsi aktivliyi artırır
Canlı yayımda qıza hücum etdi - VİDEO
Məktəb direktoru müəlliməyə qoyun dedi -  Müəllimin üstünə təcili yardım gəldi
MÖCÜZƏ! Bir dəstə Şüyüd 10 Xəstəliyi belə SAĞALDIR
Zərdabda iki narkokuryer saxlanıldı