Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
68602
az

Rusiya atəşkəslərin pozulması dili ilə nə mesaj verir? - Türkiyəli analitik SİRRİ AÇIQLADI

19:3020 Aprel, 2022
652
SİYASƏT
  • A

Kocaeli Universitetinin professoru, türkiyəli analitik İrfan Kaya Bizim.Media-ya verdiyi açıqlamada Rusiya Müdafiə Nazirliyinin son günlərdə Ermənistanın atəşkəsi pozması ilə bağlı verdiyi bəyanatları şərh edib.

Politoloqun sözlərinə görə, Rusiya Federasiyası Müdafiə Nazirliyinin son bəyanatında Ermənistanın atəşkəsi pozması ilə bağlı iddialar üç istiqamətdə qiymətləndirilə bilər:

“ - Əvvəla, 10 noyabr 2020-ci il tarixli sülh müqaviləsinə görə tərəflər arasında dəqiq sərhədlərin müəyyən edilməsi məqsədilə Komissiya yaradılıb və fəaliyyətini davam etdirir. Bu kontekstdə Ermənistan silahlı qüvvələrinin atəşkəsi pozması son sərhəd müəyyən edilməmişdən əvvəl nəzarət etdikləri ərazinin genişləndirilməsi cəhdi kimi qiymətləndirilə bilər”.

- İkinci məqam isə odur ki, bu hadisə Türkiyə və Azərbaycanla sərhədləri açmaq, diplomatik əlaqələr qurmaq, sülh yaratmaq istəyən Ermənistan administrasiyasının qeyri-sabitliyini göstərir. Digər ehtimal kimi, atəşkəsin pozulması Ermənistandakı anti-Paşinyan siyasi qrupların və diasporun təxribatı ola bilər.

- Sonuncu, ən vacib məqam isə Rusiya, tərəflərin arasında məhz sülhməramlılarının dəstəyi ilə atəşkəsin pozulmasının aradan qaldırıldığını sərgiləmək istəyir. Ona görə də belə açıqlamaları Rusiyanın regionda siyasi hərbi təsirini genişləndirmək cəhdi kimi də şərh etmək olar. Çünki Rusiya Müdafiə Nazirliyinin bəyanatında bu məsələ xüsusi vurğulanır”.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Netanyahu orduya ƏMR ETDİ: "Genişmiqyaslı müharibəyə hazır olun"
Putin Gürcüstandakı proseslərdən DANIŞDI: "Məni sadəcə heyran etdi"
Putin KTMT sammitində Trampla bağlı görün nə dedi...

Dənizin dibindən keçən avtomobil yolu - FOTO

18+

Tələbələri porno videolara çəkən şəxs tutulub
Eltisi tərəfindən piyləri çıxarılan qadın öldü - BAKIDA ŞOK
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Həkim sirri sayılan məlumat vətəndaşdan icazəsiz   verilə     biləcək
Sumqayıtda 40 yaşlı kişi     kafedə    öldü