“Uimbldon”un təşkilatçıları məşhur rusiyalı tennisçi Daniil Medvedevi və onun digər həmyerlilərini turnirdən kənarlaşdırıb.
Belarus tennisçiləri ilə bağlı hansı qərarın veriləcəyi hələlik bəlli deyil.
“Uimbldon” turniri 27 iyun-10 iyul tarixlərində baş tutacaq.
Qeyd edək ki, Rusiya və Belarus təmsilçiləri Tennis Peşəkarları Birliyinin (ATP) və Qadınların Tennis Assosiasiyasının (WTA) təşkilatçılığı ilə keçirilən yarışlarda neytral statusda çıxış edə bilər.
Oxu24.com
ŞƏRHLƏR