Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
68531
az

Günün qoroskopu: Maliyyə çətinlikləri istisna deyil19 Aprel 2022 

00:5119 Aprel, 2022
353
CƏMİYYƏT
  • A

Karyeranıza təsir imkanlarına malik olan insanlar bunu mütləq görəcəklər. Yeni təmaslar və münasibətlər yaşamınızda ciddi dəyişikliklər edə bilər. İntuisiyanız, duyumunuz kəskin olsun. İşlərinizdə və şəxsi münasibətlərdə ciddi səhvlərə yol verməməyə, yanlış qərarlar qəbul etməməyə çalışın.
 

Əqrəb - yeni işə və ya layihəyə başlamaq üçün münasib zaman deyil. Adi günlərlə müqayisədə daha çox yorulur, səhvlər edirsiniz. Dürüst qərarların verilməsində ləngimə və gecikmələr var. Rəqiblər və bədxahlar sizi asanlıqla üstələyə bilərlər.

Günün ikinci yarısında işdə rəhbərliklə və həmkarlarla münasibətlərdə gərginliyin yaranmasına yol verməyin. Problemin yeganə çıxış yolunun iş yerini dəyişmək olduğunu düşünməyin. Qərar verməyə tələsməyin. Vəziyyət az sonra stabiləşəcək və anlayacaqsınız ki, situasiyanın xoş tərəfləri də var.

Detallara izafi diqqət və prosesdə səliqə tələb edən işləri ertələyin. Problemlərə yaradıcı yanaşma nümayiş etdirin. Təxəyyülünüzü işə salın.

Oxatan - işgüzar danışıqlar, görüşlər və müzakirələr üçün əlverişli zamandır. Qarşı tərəfdə özünüzlə bağlı xoş təəssürat yaratmaq üçün izafi səy göstərməyə dəyməz. Kimsəni bəyənməyən və hər kəsi tənqid etməyə meylli olan insan belə, sizinlə maraqlanacaq. Bəziləri sizinlə manipulyasiya etməyə çalışırlar. Buna imkan verməyin. Gərəksiz diqqətə heç bir ehtiyac yoxdur.
 

Günün ikinci yarısında səfər və ya səyahətin sonucları pis olmayacaq. Yol sizi yormayacaq. Enerji potensialının səviyyəsi yüksəkdir. Fiziki iş əhvalınızı yaxşılaşdıracaq, sizə gümrahlıq bəxş edəcək.

Texnika, avadanlıq, avtomobil almaq olar. Seçimdə yanılmayacaqsınız. 

Oğlaq - diqqətli və sayıq olun. Kiçik detalları, cüzi saydığınız məsələləri nəzərdən qaçırmayın. Düşünülməmiş addımlar atmayın, tələsik qərarlar verməyin. Dostlar və ya tanışlardan biri sizi səhvə yol verməkdən saxlamağa çalışırlar. Bu cəhdə aqressiv cavab verərək münaqişəli vəziyyət yaratmayın.

İxtilaf və ya qıcıq üçün səbəb aramayın, çünki bu səbəblər düşündüyünüz qədər ciddi deyil. Bəzi məsələləri ürəyinizə salmayın.

Günün ikinci yarısı alış-veriş, anlaşma və sövdələşmələr, danışıqlar üçün əlverişli deyil. Önəmli maliyyə məsələlərinin həllini ertələsəniz, daha yaxşı olar.

Axşam saatlarında gəzintiyə çıxın.

Dolça - bu gün diqqət mərkəzində olmağa çalışmayın, kölgədə qalaraq işləyin. Mənfi təmayüllərin təsiri güclü ola bilər. Lakin problemli saatlar çox çəkməyəcək. Mühüm işləri və ciddi danışıqları ertələyərək bir qədər gözləyin. Taleyüklü qərarlar qəbul etmək üçün əlverişli zaman deyil. Səbəb gərəkli informasiya azlığıdır.

Maliyyə çətinlikləri istisna deyil. Pullara başdansovdu yanaşmayın, bədxərclik etməyin.

Günün ikinci yarısında yaxınlarınızdan dəstək almaq istəyirsinizsə üzləşdiyiniz problemlər barədə onlarla açıq danışın. Dostlardan kömək istəməkdən çəkinməyin. Onlar sizə yardım edəcək, yaxşı məsləhətlər verəcəklər. Əhvalınız yaxşılaşa bilər.

Balıqlar - peşəkar fəaliyyət baxımından uğurlu gündür. Görəcəyiniz işi başa vuranda pul almaqla yanaşı, nəticədən məmnun qalacaqsınız. Birlikdə çalışdığınız insanlarla ünsiyyətdə səmimi və həssas olun. Onlardan biri dostunuza çevrilə bilər.

İctimai tədbirə qatıla bilərsiniz.

Günün ikinci yarısındakı romantik görüş yaddaqalan olacaq. Hansısa qaydaları pozmaq, ənənələri müvəqqəti də olsa, unutmaq olar.

Axşam saatlarında qəfil gəlir, hədiyyə istisna deyil.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Günün ULDUZ FALI -Subayları romantik görüş gözləyir
Bu bürc böyük uğur qazana biləcək - yüksək gəlir əldə edəcəklər
2024-ün ən şanslı 3 bürcü açıqlandı

Dənizin dibindən keçən avtomobil yolu - FOTO

18+

Tələbələri porno videolara çəkən şəxs tutulub
Eltisi tərəfindən piyləri çıxarılan qadın öldü - BAKIDA ŞOK
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Həkim sirri sayılan məlumat vətəndaşdan icazəsiz   verilə     biləcək
Sumqayıtda 40 yaşlı kişi     kafedə    öldü