Murmanskdan olan yüzlərlə rus əsgəri Ukraynaya qayıtmaqdan imtina edib.
OXU24.com KONKRET.az-a istinadla xəbər verir ki, bu barədə rusiyalı jurnalist Roman Çimbalyuk öz sosial media hesabında yazıb.
“200-cü ayrı-ayrı motoatıcı briqadanın (08275 saylı hərbi hissə, Peçenqa) şəxsi heyəti Ukrayna ərazisində “xüsusi hərbi əməliyyat” zamanı döyüş tapşırıqlarını yerinə yetirdikdən sonra artıq döyüş əməliyyatlarında iştirak etmək istəmir. Briqadanın 100-dən çox hərbçisi Ukraynada döyüşməkdən imtina edib.
Jurnalistin sözlərinə görə, hərbçilər Belqorod vilayətindəki səhra düşərgəsindən Peçenqaya, yəni evlərinə göndərilib.
Oxu24.com
ŞƏRHLƏR