Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
68428
az

"Almaniya istəsə, müharibəni də, Putini də dayandıra bilər" - Kuleba

14:3716 Aprel, 2022
307
HƏRBİ
  • A
Ukraynanın xarici işlər naziri Dmitro Kuleba Almaniyanın Ukrayna-Rusiya müharibəsini dayandıra biləcəyini deyib.
 
OXU24.COM bildirir ki, nazir bu barədə Almaniyanın "ARD” televiziyasında yayımlanan "Günün mövzuları" proqramında danışıb. Kuleba, "Almaniyanın həm bu müharibəni, həm də Putini dayandırmaq gücü var" deyə söyləyib.
 
O, Almaniyanın əvvəlki siyasətinin iflasa uğradığını söyləyərək, fikirlərinə bu cür davam edib:
 
"Keçmişdə Berlin Kiyevə həmişə Rusiyanın gözü ilə, Moskvayla münasibətlər fonunda baxırdı. Amma görürük ki, Almaniya indi mövqeyini dəyişib. Əgər Almaniya daha əvvəl mövqeyini dəyişsəydi, biz bu müharibənin qarşısını ala bilərdik. Ancaq keçmişə deyil, gələcəyə baxaraq birlikdə hərəkət etmək lazımdır”.
 
Nazir, həmçinin Ukraynanın özünü müdafiə edə bilməsi üçün Almaniyadan onlara lazımi silahların verilməsini tələb etdiklərini xatırladıb. Almaniya prezidenti Frank-Valter Ştaynmayerin arzuolunmaz səfərinə gəlincə, o, müharibə dövründə protokolların bəzən düzgün dəyərləndirilə bilmədiyinə diqqət çəkib və təəssüf hissi keçirdiyini bildirib.
Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Cənubi Koreya qırıcıları Rusiya və Çin hərbi təyyarələrinə qarşı
Müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin          NƏZƏRİNƏ!
Yaponiya ərazisində Amerikanın raketlərini yerləşdirmək planları yoxdur

Dənizin dibindən keçən avtomobil yolu - FOTO

18+

Tələbələri porno videolara çəkən şəxs tutulub
Eltisi tərəfindən piyləri çıxarılan qadın öldü - BAKIDA ŞOK
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Son 37 ildə qeydiyyata düşən İİV xəstələrinin    sayı      açıqlandı
Ramiz Mehdiyevin kürəkəninin iddiası     rədd       olundu