Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
68413
az

Günün qoroskopu: Sükan arxasında çox vaxt keçirməyin16 Aprel 2022

00:3416 Aprel, 2022
430
CƏMİYYƏT
  • A

Qoç - hər hansı şəxs və ya hadisə ilə bağlı fikrinizi dərhal açıqlayırsınız. Amma bilin ki, fikirlərinizi heç də hamı bölüşmür. Ona görə də əvvəlki günlərdən fərqli olaraq münaqişələrlə mübahisələrin sayının artmasına təəccüblənməyin. Günün ilk yarısında problemlər daha çox olacaq.

Nüfuzlu insanlarla təmaslarda davranışınızı dəyişin. Əks halda güclü düşmən qazana bilərsiniz.

Sevdiyiniz insanla təmasda qayğıkeş, həssas, güzəştə meylli olun.

Yaltaqların dediklərinə inanmayın, bədxahların toruna düşməyin.

Buğa - günün asan, problemlər və çətinliklərdən xali olacağını düşünməyin. Qarşınıza qoyduğunuz məqsədə çatmaq üçün irili-xırdalı xeyli maneələri, sədləri dəf etməli olacaqsınız. Həmkarlarla fikir ayrılığı, dostlarla ixtilaflar istisna deyil. Mövqelərinizdən geri çəkilməyin. Xoşagəlməz sözlər eşidə bilərsiniz.

Günün ikinci yarısında romantik görüş və təmas yaxşı keçəcək. Qarşı tərəfdə özünüzlə bağlı unudulmaz, müsbət rəy yaratmaq istəyirsinizsə, məntiqli danışın, emosiyaların təsiri altında olmayın.

Əkizlər - bu gün yaşanacaq qəfil hadisələrin əksəriyyəti xoş məzmunlu olacaq. İşlə bağlı uzun müddətdən bəri gözlədiyiniz xəbər və ya qarşınızda yeni perspektivlər açacaq işgüzar təklif ala bilərsiniz. Yaşamınızda köklü dəyişikliklər etməkdən qorxmayın. Bu gün qəbul edəcəyiniz qərar faydalı olacaq.

Günün ikinci yarısının maliyyə fonu əlverişlidir. Yaxşı gəlir əldə edəcəksiniz. Xərclər çox olmayacaq. Yaradıcı ideyaların reallaşdırılması üçün pis gün deyil.

Yeni nə isə öyrənmək, eksperimentlər aparmaq olar.

Axşam saatlarında aktiv istirahəti seçin.

Xərçəng - başladığınız işləri yarımçıq qoymayın, bitirin. Uzun müddətdən bəri öhdəsindən bilmədiyiniz müşkül işi bu gün sonuclaya bilərsiniz. Yeni sifarişin və ya layihənin icrasına başlayın.

Uzunmüddətli perspektivə hesablanmış planların hazırlanması, danışıqlar və müzakirələr üçün pis gün deyil. Köçə və ya fəaliyyət arealının dəyişdirilməsinə başlamaq olar.

Günün ikinci yarısında yaxın ətrafınızdakı insanlara fikir verin. Bəzi adamlar sizinlə təmaslardan maksimum fayda əldə etməyə çalışırlar.

Axşam saatları romantik ünsiyyət üçün əlverişlidir.

Şir - günün ilk yarısı xoşagəlməz, usandırıcı və yorucu işlərlə zəngin olacaq. Əhvalınız korlana bilər. Amma çıxış yolu yoxdur. Səbrli və təmkinli olun, çalışın. Mühüm məsələləri təkbaşına həll edin. Etibar etdiyiniz köməkçilər bu gün sizi yarıyolda qoya bilərlər.

Günün ikinci yarısında səhhətdə problemlər istisna deyil. Qida rasionuna fikir verin, tamahkarlıq etməyin. Dəyər verdiyiniz insanlarla ünsiyyətdə olun. Belədə gələcəkdə yarana biləcək bəzi problemlərin qarşısını ala bilərsiniz.

Qız - yeni işləri başlamağa, yeni layihənin təməlini qoymağa tələsin. Günün ilk yarısında başladığınız işlər sizə uğur qazandıra bilər. Görüş və danışıqlar pis alınmayacaq. İndiyədək dil tapmağa çətinlik tapdığınız şəxslərlə ortaq məxrəcə gələ bilərsiniz. Yeni tanışlarda özünüzə rəğbət hissi yaradın. Belədə maraqlı təkliflər ala bilərsiniz.

Günün ikinci yarısında müsbət dəyişikliklərə rəğmən bədbin olmayın, hər işdə yalnız pis cəhəti görməyin.

Ailə üzvləri ilə ünsiyyət əhvalınızı yaxşılaşdıra bilər.

Axşam saatlarında alış-veriş etmək olar.

Tərəzi - maliyyə məsələlərini həll etmək üçün əlverişli zamandır. Pullarınızı əbəs yerə xərcləməyin. Xərcləri müəyyənləşdirərkən məntiqli və soyuqqanlı olun.

İri anlaşma, böyük məbləğdə saziş üçün münasib zamanldır. İş yerinin dəyişdirilməsi ilə bağlı təkliflər alacaqsınız. Onların arasında maraqlıları da var. Tələsik qərar verməyin. Yeni iş yeri sizi təssüfləndirə bilər.

Günün ikinci yarısında şəxsi münasibətlərdə problemlər yaranmayacaq. Kiçik problemlər əhvalınızı korlaya bilər. Romantik görüş pis keçməyəcək. Gəzinti və ya səyahətə sevdiyiniz insanla yollanın.

Yaşam potensialının səviyyəsi yüksəkdir. Səhhətinizdə problemlər yaranmayacaq.

Əqrəb - işgüzar tərəfdaş və ya işdə rəhbərlikdən alınacaq xəbərlər sizi sevindirəcək. Peşəkar fəaliyyət mövqelərinizi möhkəmləndirmək, irəliləmək şansları var.

Gəlirlərin məbləği az olacaq. Lakin bu gün bağlanan müqavilə, əldə olunan anlaşma və ya qəbul edilən sifariş sonradan yaxşı gəlir verəcək.

Geyim, habelə səyahət üçün əşyalar almaq olar.

Günün ikinci yarısında yaşlı qohumlarla ünsiyyət səbr tələb edir. Uşaqlar da nadinc və dəcəl olacaqlar. Sakit olun, müdrik qərarlar verin, münaqişələrə səbəb yaratmayın. Ruhdan düşənləri dəstəkləyin.

Oxatan - tələskənliyə və vurnuxmaya yol verməyin. Geciksəniz, hər dəqiqənin itkilərə səbəb olacağını düşünməyin. Çünki məhz tələsik qərarlar, düşünülməmiş addımlar problemlər yaradacaqlar. Hər hansı sahədə yeni işə və ya layihəyə başlamazdan əvvəl yaxşıca fikirləşin.
 

Günün ikinci yarısı işdə həmkarlar və rəhbərliklə açıq danışıq üçün əlverişlidir. Bir sıra fikir ayrılıqlarına, anlaşılmazlıqlara aydınlıq gətirmək olar.

Alış-verişdə çox pul xərcləməyin. Ümumiyyətlə, pullarla diqqətlə, qənaətlə davranın.

Axşam saatları ailəvi tədbirlər üçün əlverişlidir.

Oğlaq - yeni işə və ya layihəyə başlamaq olar. İndiyədək agah olmadığınız imkan və ya bacarığınızdan yararlana bilərsiniz. Rəqibləri üstələyin, bədxahları pərişan edin, rəqabət mübarizəsindən uğurla çıxın.

Günün ikinci yarısında pul qazanmaq imkanları olacaq. Amma gəlirlər asanlıqla əldə edilməyəcək.

Meteohəssas insanların orqanizmində problemlər yarana bilər. Səhhətinizdə yüngül ağrılar hiss oluna bilər. Təmiz havada mümkün qədər çox vaxt keçirin. Axşam gəzintisində fayda var.

Köhnə doslar sizi xoş xəbərlərlə sevindirəcəklər.

Dolça - intuisiyanıza güvənin. Bu gün o, əvəzolunmaz yardımçınıza çevriləcək. Qərar və əməllərinizin motivləri yanınızdakı insanlara o qədər də aydın deyil. Deyilənlərə fikir verməyin, uğura doğru qətiyyətlə irəliləyin. İşdə rəhbərlik sözlərinizə qulaq asır. Karyerə pilləkənində irəliləmək şansları artır.

Günün ikinci yarısında önəmli anlaşma, saziş və razılaşmalara nail olmaq mümkündür.

Sükan arxasında çox vaxt keçirməyin. Uzunmüddətli səfərlərə çıxmayın. Belə səfər yorğunluqdan savayı heç nə verməyəcək.

Axşam saatlarını evdən kənarda keçirsəniz, maraqlı məşğuliyyətlər tapa bilərsiniz.

Balıqlar - peşəkar fəaliyyət müstəvisində problemlər olacaq. Həmin çətinliklərin fəsadlarını minimallaşdırmağa çalışın. İşdə rəhbərliklə münasibətləri gərməyin. Bu gün münaqişə yaranarsa, indiyədək rəvan olan münasibətlər bərpa edilməyəcək.

Rəhbər qadındırsa, işlər lap çətinləşəcək.

Günün ikinci yarısında kiçik alış-veriş etmək olar. Böyük məbləğdə spontan xərclər yolverilməzdir. Yeni tanışlıqlara nail olmaq istəyirsinizsə, dəvət aldığınız tədbirdən imtina etməyin.

Yeni münasibətlər yaranarsa, sürətlə inkişaf edəcək.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Günün ULDUZ FALI -Subayları romantik görüş gözləyir
Bu bürc böyük uğur qazana biləcək - yüksək gəlir əldə edəcəklər
2024-ün ən şanslı 3 bürcü açıqlandı

Dənizin dibindən keçən avtomobil yolu - FOTO

18+

Tələbələri porno videolara çəkən şəxs tutulub
Ev belə partladı - VİDEO
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Son 37 ildə qeydiyyata düşən İİV xəstələrinin    sayı      açıqlandı
Daha tez-tez yerkökü və pomidor yeyin