Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
68410
az

Evə daxil olan və evdən çıxan zaman bəyənilən zikrlər

23:2715 Aprel, 2022
448
CƏMİYYƏT
  • A

İslam dini elə bir kamil dindir ki, insanın hər bir halına uyğun söz demiş və tövsiyələr etmişdir. Bu tövsiyələrdən bəzisi də evə daxil olmaq və ya evdən xaric olmaqla bağlıdır.

Əmirəl-möminin (ə) buyurur: "Nə zaman sizlərdən biriniz evinizə daxil oldunuz, ev əhlinə salam verin. Əgər evdə olmasalar, deyin: "Salam olsun bizə Allah tərəfindən". "İxlas" surəsini oxuyun ki, yoxsulluğu aradan aparandır".

Həzrət Peyğəmbər (s) buyurur: "Hər kim evindən bayıra çıxar, "Bismillah" desin. İki mələk deyər ki, hidayət oldun. Əgər desə ki, لا حول و لا قوة الا باللَّه" ("Lə həvlə və lə quvvətə illə billəh") mələklər deyərlər: Qorundun. Əgər desə توكلت على اللَّه ("Təvəkkəltu aləlləh") mələklər deyər ki, sənə kifayətdir. Bu halda şeytan deyər: "Mənim Allah tərəfindən hidayət və qorunan bəndəyə heç bir yolum yoxdur"".

Hədislərdə oxuyuruq ki, evdən çıxmağı qəsd edən kimi de:
سْمِ اللّهِ وَلا حَوْلَ ولا قُوَّةَ إِلاّ بِاللّهِ تَوَكَّلْتُ عَلَى اللّهِ. ("Bismilləh. Və lə həvlə və lə quvvətə illə billəh. Təvəkkəltu aləlləh").

İmam Əlidən (ə) nəql edilir ki, buyurub: "O zaman ki, بسم الله الرحمن الرحیم ("Bismilləhir-Rahmənir-Rahim") Peyğəmbərə (s) nazil olur, Həzrət (s) buyurur: "Bu ayə ilk dəfə Həzrət Adəmə (ə) nazil olan zaman demişdi: "O zamana qədər ki, övladlarım bu ayəni qiraət edərlər, əzabdan amanda olarlar""".

Bəli, "Bismillah" - qəlbin nurudur, ariflərin can aynasıdır. Əziyyət çəkənlərə rahatlıq verər, yorğunlar üçün məlhəm, xəstə ürəklər üçün şəfa və təbibdir.

İmam Baqir (ə) لا حول و لا قوة الا باللَّه" ("Lə həvlə və lə quvvətə illə billəh") zikrinin təfsirində buyurur: "O yerdə ki, qüdrəti yerində sərf edir və Allaha itaət edirsiniz, bu itaət qüdrəti Allah tərəfindəndir. O yerdə ki, günah etmirsiniz, həqiqətdə İlahi inayət sizinlə günah arasında hayil olar".

Həzrət Peyğəmbər (s) bu zikrin ərşi həml edənlərin zikri olduğunu bəyan etmişdir. O zaman ki, ərşi həml etmək bu mələklər üçün ağır oldu, onlara həmin bu zikri öyrətdilər.

Bu zikrin bir çox bərəkətləri vardır. Həzrət Peyğəmbərdən (s) gələn hədisdə oxuyuruq: "Hər kim لا حول و لا قوة الا باللَّه" ("Lə həvlə və lə quvvətə illə billəh") deyər, günahları aradan gedər, anasından təzə doğulmuş gündəki kimi olar. Yoxsulluğun 70 qapısından qorunar".

Ətraflı
Həzrət (s) başqa yerdə buyurur: "لا حول و لا قوة الا باللَّه" ("Lə həvlə və lə quvvətə illə billəh") 99 dərdin dəvasıdır ki, onların ən asanı - qəm və qüssədir".
Təvəkkülün kökündə Allahın qüdrətinə iman və tövhid durur. Hər nə qədər insanın imanı güclü olasa, Allaha təvəkkülü də çox olar. Təvəkkül dedikdə, yəni işlərini Allaha tapşırasan və Ona etimad edəsən.

Həzrət Peyğəmbər (s) Cəbrayildən (ə) soruşur: "Allah Təalaya təvəkkül nədir?". Cəbrayil (ə) cavabında buyurur:"Təvəkkülün həqiqəti - buna elmin olmasıdır ki, məxluq nə ziyan vura bilməz, nə də fayda verə bilməz. Nə bir şey bağışlaya bilər, nə də bir şeydən qoruya bilər. Təvəkkül - xəlqdən məyus olmaqdır".

Məsumlardan (ə) təvəkkül haqqında buyurulur: "Təvəkkül odur ki, Allahdan başqasından qorxmayasan".

Yəni, təvəkkül edən insan əlini xəlqdən üzməli və Allaha sığınmalıdır. Bəlkə evdən çıxan zaman bu zikri deməyin sirri də elə bundadır.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bakı metrosunda "Həzi Aslanov" yazılı lövhələr dəyişdiriləcək? -AÇIQLAMA
Balıqları bişirəcəkdi, paketi açanda qışqırmağa başladı - VİDEO
Ağcaqayın şərbətinin olduqca faydalı xüsusiyyətləri ÜZƏ ÇIXDI

Dənizin dibindən keçən avtomobil yolu - FOTO

18+

Tələbələri porno videolara çəkən şəxs tutulub
Ev belə partladı - VİDEO
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Son 37 ildə qeydiyyata düşən İİV xəstələrinin    sayı      açıqlandı
Daha tez-tez yerkökü və pomidor yeyin