Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
68404
az

Dərman vasitələrinə görə də rüsum ödəniləcək - Qərar

22:1015 Aprel, 2022
214
CƏMİYYƏT
  • A

Dərman vasitələrinin dövlət qeydiyyatına alınması və reyestrinin aparılması Qaydalarına dəyişiklik edilib.

Bu barədə müvafiq qərarı Baş nazir Əli Əsədov imzalayıb.

Sənədə əsasən, dərman vasitələrinin və maddələrinin dövlət qeydiyyatı, o cümlədən, yenidən dövlət qeydiyyatı və onların qeydiyyat sənədlərində dəyişikliklərin dövlət qeydiyyatı üçün “Dövlət rüsumu haqqında” qanunla müəyyən edilmiş məbləğdə dövlət rüsumu ödəniləcək.

Qeyd edək ki, “Dövlət rüsumu haqqında qanuna əsasən, dərman vasitələrinin və maddələrinin dövlət qeydiyyatı üçün 150 manat rüsum müəyyən edilib.

Dərman vasitələrinin və maddələrinin yenidən dövlət qeydiyyatı üçün 100 manat rüsum, dərman vasitələrinin və maddələrinin qeydiyyat sənədlərində dəyişikliklərin dövlət qeydiyyatı üçün isə 50 manat rüsum ödənilməlidir.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bakı metrosunda "Həzi Aslanov" yazılı lövhələr dəyişdiriləcək? -AÇIQLAMA
Balıqları bişirəcəkdi, paketi açanda qışqırmağa başladı - VİDEO
Ağcaqayın şərbətinin olduqca faydalı xüsusiyyətləri ÜZƏ ÇIXDI

Dənizin dibindən keçən avtomobil yolu - FOTO

18+

Tələbələri porno videolara çəkən şəxs tutulub
Ev belə partladı - VİDEO
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Son 37 ildə qeydiyyata düşən İİV xəstələrinin    sayı      açıqlandı
Daha tez-tez yerkökü və pomidor yeyin