Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
68396
az

Xroniki yorğunluğu olanlar yoqurt yesin - Həkim

20:0315 Aprel, 2022
245
MANŞET
  • A

Probiyotikləri olan südlü içkilər (yoqurt, kefir, qatıq, ryajenka, ayran və s.) stress və narahatlığı azaltmağa kömək edir.

Bu barədə rusiyalı immunoloq, tibb elmləri doktoru Andrey Prodeus bildirib.

Onun sözlərinə görə "canlı" mikroflorası olan məhsulların istifadəsi lazımi miqdarda qiymətli maddənin - mərkəzi sinir sisteminin əsas "tormozlayıcısı" hesab edilən qamma-aminobutirik turşunun istehsalına kömək edir. Bu məhsul yuxunu tənzimləyir, düşüncə və yaddaş proseslərini yaxşılaşdırır.
"Probiotikli yoqurtlar və bu qəbildən olan bütün məhsullar mikroblarımızın qamma-aminobutirik turşu istehsal etmək imkanını artırır, onun orqanizmdə səviyyəsini artırır, stress və narahatlığı azaldır", - deyə həkim bildirib.
İmmunoloq vurğulayıb ki, stressi aradan qaldıran digər təsirli vasitə qucaqlaşmadır, onun effektivliyi elmi şəkildə sübut olunub.
Prodeus həmçinin fiziki və nəfəs məşqlərinin də xroniki yorğunluğu məğlub etməyə kömək edəcəyini deyib.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Ermənistan klubu darmadağın oldu
"Şuşa" həbsxanası ilə bağlı yeni xəbər -VİDEO
Şuşa Şəhərinin işğaldan azad olunmasından 4 il ötür

Yumurtanı belə yeməyin: Faydadan çox zərər verir

18+

Məmurun nazir arvadları ilə intim görüntüləri yayılıb
Rus ordusuna qarşı vuruşan erməni görün harada ələ keçirildi (VİDEO)
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Kartof qabığı görün nəyə dərman imiş — Dəmləyib için!
Ucarda qəza- Xəsarət alan var