Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
68374
az

Siqaret və qəlyan bahalaşır - QƏRAR VERİLDİ - VİDEO

13:5215 Aprel, 2022
252
CƏMİYYƏT
  • A

Bu gündən etibarən tərkibində tütün və ya tütün əvəzləyicisi olan siqaretlərin aksiz dərəcəsi 1000 ədədi üçün 43 manatdan 46,5 manata qaldırılıb.

OXU24.COM Xəzər TV-yə istinadən xəbər verir ki, Nazirlər Kabinetinin qərarı ilə qızdırılma nəticəsində istehlak edilən tütün və tütün məhsullarının aksiz dərəcəsi isə 1000 ədəd üçün 12 manat 90 qəpikdən, 14 manata qaldırılıb.

Qəlyan üçün tütünlər və tütün əvəzləyiciləri, istehsal məqsədli tütünlər istisna olmaqla digər çəkməli tütünlər, "homogenləşdirilmiş" və ya "bərpa edilmiş" tütünlər, çeynənilən və ya buruna çəkilən tütünlərin aksiz dərəcəsi isə 1 kq üçün 30 manat olacaq. Qəlyan və onların əvəzedicilərinin 1 ədəd üçün isə aksiz dərəcəsi 0,25 manat müəyyənləşdirilib.

Bu isə tütün məmulatlarının qiymətinin artmasını qaçılmaz edəcək.

Mövzuya münasibət bildirən Tütün İstehsalçıları və İxracatçıları Assosiasiyasının rəhbəri Rövşən Şərifov "Xəzər Xəbər"ə deyib ki, bu artım daxili istehsala təsir etməməlidir.

Eyni zamanda, "Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri"nə dəyişiklik edilib. Beləliklə, 2024-cü il 31 dekabr tarixinədək qüvvədə olacaq bu qərara əsasən, idxal edilən qəlyan üçün tütün əvəzləyicilərinin 1 kiloqramına 1 ABŞ dolları gömrük rüsumu müəyyən edilib. İdxal edilən birdəfəlik istifadə üçün elektron siqaret, qəlyan və onların əvəzedicilərinin hər ədədinə isə 15 % gömrük rüsumu tətbiq ediləcək.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Lətif Cəfərov vəfat etdi
Azərbaycanda həkim vəfat etdi
Merkel Makron üçün darıxdığını ETİRAF ETDİ -Bu keyfiyyətlərini sevir

Dənizin dibindən keçən avtomobil yolu - FOTO

18+

Tələbələri porno videolara çəkən şəxs tutulub
Ev belə partladı - VİDEO
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Son 37 ildə qeydiyyata düşən İİV xəstələrinin    sayı      açıqlandı
Ramiz Mehdiyevin kürəkəninin iddiası     rədd       olundu